Search
Unibank

“Unibank”ın problemli kreditləri 17,5% artıb

Bu ilin yanvar-sentyabr aylarının yekunlarına görə, “Unibank”ın problemli kreditlərinin məbləği 17,5% artıb. 2014-cü ilin ilk 9 ayında “Unibank”ın kredit portfeli 674,65 milyon manat təşkil edib. Bu ötən ilin eyni dövrünə nisbətən 19,44% və yaxud 109,8 milyon manat çoxdur.

Bu il verilmiş kreditlərin 6,1%-i və yaxud 41,15 milyon manatını vaxtı keçmiş kreditlər təşkil edib. Ötən il isə problemli kreditlərin həcmi 35,02 min manat (ümumi kredit portfelinin 6,2%-i) qədər olub. Başqa sözlə, son 1 ildə bankın problemli kreditləri 17,5% artıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir