Search
photo_56433

Türk lirəsi dollarla müqayisədə tarixi minimum səviyyəyə yüksəlib

Türkiyədə 3 ay müddətinə fövqəladə vəziyyətin elan edilməsi ilə əlaqədar milli valyuta dollarla müqayisədə tarixi minimum səviyyəyə yüksəlib.

“Bloomberg” agentliyinə istinadən xəbər verilir ki, fövqəladə vəziyyətin elan edilməsindən sonra TRY/USD məzənnəsi 3,0973 səviyyəsinə qədər yüksəlib. Bundan başqa, iyulun 20-də “S&P” beynəlxalq reytinq agentliyi Türkiyənin kredit reytinqini BB+ səviyyəsindən BB səviyyəsinə endirib. Türkiyə iqtisadiyyatı üçün proqnozunu isə “neqativ” açıqlayıb.

BB səviyyəsi, S&P agentliyinin ölkələrə verilən investisiya edilə bilən reytinq səviyyəsindən iki bənd aşağıda yer alır. Dünyanın əsas reytinq agentliklərindən “Moody’s” və “Fitch” də Türkiyənin kredit mreytinqini izləməyə başladıqlarını açıqlayıb. “Moody’s” iyulun 20-də “Terk Hava Yolları”nın kredit reytinqini “Ba1” dən “Ba2”-ə endirməklə bərabər 8 iri Türkiyə şirkətinin və 17 bankın kredit reytinqini müşahidəyə götürdüyünü açıqlayıb. “Fitch” beynəlxalq kredit reytinqi şirkəti isə Türkiyənin bank sektorunda yaxın gələcəkdə risklərin arta biləcəyini ehtimal etdiyini bildirib.

İyulun 21-də TRY/USD məzənnəsi 0,6% möhkəmlənərək 3,07 səviyyəsinə geriləyib. Türkiyənin əsas fond birjası indeksi sayılan BİST-100 isə dünənki xəbərlərin mənfi təsiri ilə hazırda 2,5% azalma göstərərək 73 000 səviyyəsinə geriləyib. Beləliklə, BİST-100 bu həftənin 3 iş günü ərzində toplam 12% dəyərsizləşib.

“Report” analitik qrupu mövcud vəziyyətdə BİST-100 indeksinin 70 000 səviyyəsində investorlar tərəfindən dəstəklənəcəyini proqnozlaşdırır. TRY/USD məzənnəsinin isə yaxın günlərdə 3,15 səviyyəsinə qədər, ilin sonuna qədər isə 3,30-a çatması ehtimal edilir.

Report

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir