Search
UNI BANK

“Unibank” real sektorda ən böyük layihəni maliyyələşdirdi

“Unibank” və Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda yerli şirkətə böyük

həcmdə kredit ayırıb. Bu, “Unibank”ın real sektorun inkişafına verdiyi dəstəyin daha bir

nümunəsidir. İmzalanan müqaviləyə əsasən, “Unibank” və AYİB tərəfindən neft xidmətləri şirkəti “Dalğıc” MMC-yə 10 milyon ABŞ dolları məbləğində kredit ayrılıb. Şirkət bu vəsaiti fəaliyyətinin genişləndirilməsinə, anbarın tikintisinə, sualtı işlərin aparılması üçün tələb olunan yeni avadanlıqların alınmasına sərf edəcək.

 İmzalanma mərasimində “Unibank” KB-nin İcraçı Direktoru Cəlal Qasımov bildirib ki, “Dalğıc” MMC kimi şirkətlər ölkə iqtisadiyyatının real sektorunun inkişafını və modernləşməsini təmin edir: “Bu cür innovativ şirkətlərin daim dəstəklənməsi bankımızı prioritet istiqamətlərindən biridir. Yeni layihə hesabına yaradılacaq yeni iş yerləri, ixtisaslı yerli kadrların işə cəlb olunması imkanlarını daha da artıracaq. Bu layihənin maliyyələşməsi Unibank və AYİB arasında mövcud yüksək səviyyəli əməkdaşlığın nəticəsidir. Onu da qeyd edim ki, bu layihə AYİB-in Azərbaycanda yerli banklarla birgə maliyyələşdirdiyi layihələrin arasında ən böyüyüdür. Ölkədə fəaliyyət göstərən digər şirkətləri də, bu alətdən istifadə edərək əlverişli şərtlərlə maliyyələşməyə dəvət edirik.”

 AYİB-in Azərbaycan ofisinin rəhbəri Neil MakKeyn, təmsil etdiyi qurumun belə uğurlu

layihələrin dəstəkləməsindən çox şad olduğunu bildirib: “ Bu kredit AYİB-in yerli banklarla birgə layihəsi olan orta sahibkarlığın maliyyələşdirilməsi çərçivəsində ayrılıb və yerli şirkətlərin fəaliyyətinin daha da genişləndirilməsinə xidmət edir. Bu layihə Azərbaycanda beynəlxalq standartlara uyğun dəniz araşdırmalarının aparıldığının da göstəricisidir”.

 “Dalğıc” şirkətinin direktoru İlqar Sadıqov da deyib ki, AYİB və Unibankın ayırdığı maliyyə vəsaiti şirkətin inkişafı, xidmət səviyyəsini daha da yüksəltməsi üçün böyük təkandır.


TAG


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir