Search
albali

“Unibank” “Albalı Plus” sahibləri yeni kampaniya keçirir

“Unibank” “Albalı Plus” kart sahiblərinə gözəl yay istirahəti təklif edir.

  “MasterCard”ın “Yeni yerlər kəşf etmək: qiymətsizdir!” kampaniyası çərçivəsində iyunun 1-dən avqustun 31-dək “Qatar Airways” şirkəti ilə Bakıdan olan bütün uçuş biletlərinə (Doha və Tbilisi istiqaməti xaric) 10% endirim edilir.

 “Albalı Plus” – “MasterCard” tipli beynəlxalq kartdır. Dünyanın istənilən ölkəsində və istənilən ticarət və xidmət mərkəzlərində, məhsul və xidməti əldə etmək mümkündür. Müştəri vəsaitini karta yükləyərək, istədiyi zaman istifadə edə bilər, üstəlik “Unibank” bankomatlarında vəsaitini komissiyasız nağdlaşdıra bilər. “Albalı Plus” müştəriyə internet üzərindən sadə və təhlükəsiz alış-veriş imkanı yaradır. Müştəri kartdan həmçinin digər bankların bankomatlarında, POS terminallarında da istifadə edə bilər.

“Unibank” müştərilərinin ehtiyac və arzularını bir məhsulda – “Albalı Plus” kartında birləşdirib. Artıq “Unibank” müştərisi cəmi 1 karta sahib olmaqla, müxtəlif bank xidmətlərindən istifadə edə bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir