Search
art;m

İstehlak kreditlərinin artımı yenidən sürətlənib!

Mərkəzi Bankın bütün cəhdlərinə baxmayaraq Azərbaycanda istehlak kreditlərinin artımını dayandırmaq mümkün olmayıb. kreditxeber-in,  AMB-a istinadən məlumatına görə, əksinə, aprel ayında ölkədə istehlak kreditlərinin artımı yenidən sürətlənərək 152,4 milyon manat artaraq 6 milyard 611 milyon manat çatıb. Müqayisə üçün bildirək ki, martda istehlak kreditləri 79 milyon manat, fevralda 72 milyon manat, yanvarda isə 94 milyon manat artmışdı.

İstehlak kreditlərinin ümumi kredit portfelində çəkisi də artaraq 40,6%-dən 40,7%-ə çatıb.
İstehlak kreditlərinin 965 milyon manatı daşınmaz əmlakın tikintisinə və alınmasına sərf edilib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir