Search
turk-hava-yollari-thy-10-11-ocak-seferlerinden-bazilarini-iptal-etti-iptal-edilen-seferler-hangileri_h13914

Türk Hava Yollarından kampaniya

“Türk Hava Yolları” (THY) aviaşirkətinin İstanbul şəhərindən Balkan yarımadasında Belqrad, Buxarest, Lyublyana, Podgoritsa, Priştina, Sarayevo, Sofiya, Tirana, Varna və Zaqrebə 109 ABŞ dollarından, Qafqaz regionunda Bakı, Gəncə, Naxçıvan, Tiflis və Batumiyə 109 dollardan, Ukraynada Dnepropetrovsk, Xerson, Kiyev, Lvov, Odessa və Zaporojyeyə 99 dollardan başlayan qiymətlərlə hər şey daxil olmaqla gediş-gəliş üçün yeni uçuş kampaniyasına başlayıb.

THY-nin yaydığı məlumata görə, məhdud sayda yerlər üçün etibarlı olan güzəştdən istifadə etmək istəyən sərnişinlər uçuş biletlərini martın 14-dən 27-dək almalıdır, səyahətlər isə aprelin 1-dən mayın 31-dək keçirilməlidir.

Qiymət və ödənişlərlə maraqlananlar THY-nın rəsmi veb səhifəsi ilə yanaşı şirkətin bilet satış ofislərindən ətraflı məlumat əldə edə bilərlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir