Search
turanbank

“TuranBank”-dan vakansiyalar

Kreditlərə Nəzarət Departamenti, Girovun qiymətləndirilməsi şöbəsi, kiçik mütəxəssis

Yaş: 23 – 35
Əmək haqqı: – 350-450

Vəzifə öhdəlikləri:

– Verilmiş kreditlərin təminatı qismində çıxış edən əmlakların müəyyən bir dövrdən sonra yenidən qiymətləndirilməsini həyata keçirmək.

– Region filialar tərəfindən veriləcək kreditlərin təminatı Bakı şəhərində yerləşdikdə əmlaka baxış keçirmək və s.

Vəzifəyə olan tələblər:

  • Ali təhsil;
  • Kompüterdə (Microsoft Wоrd, Microsoft Excel, Outlook, İnternet Explorer) ofis proqramları ilə işləmək bacarığı;
  • Analiz etmək və hesabat tərtib etmək bacarığı;
  • Daşınar və daşınmaz əmlak bazarında qiymətləri daim öyrənərək əmlakı qiymətləndirmə bacarığı;
  • Kollektivdə işləmək qabiliyyəti;
  • Məsuliyyətlilik, dəqiqlik və təşəbbüskarlıq qabiliyyəti;
  • Əmlakın qiymətləndirilməsi sahəsində ən azı 1 illik iş təcrübəsi;
  • Email:  iahmedov@turanbank.azTel:     510-79-11/22
    Fax:    497-25-77

Kreditlərə Nəzarət Departamenti, İstehlak kreditləri şöbəsinin kiçik mütəxəssisi

Yaş: 23 – 35
Əmək haqqı: – 500-600

Vəzifə öhdəlikləri:

  • Mərkəzi Banka təqdin olunan yardımçı və prudensial hesabatların hazırlanması.
  • Beynəlxalq təşkilatlara təqdim olunan bir çox portfel hesabatlarının hazırlanması və s.

Vəzifəyə olan tələblər:

  • Ali iqtisadi təhsil;
  • Kompüterdə (Microsoft Wоrd, Microsoft Excel, Outlook, İnternet Explorer) ofis proqramları ilə yüksək dərəcədə işləmək bacarığı;
  • İngilis və Rus dillərini orta səviyyədə bilməsi;
  • Analiz etmək və hesabat tərtib etmək bacarığı;
  • Kollektivdə işləmək qabiliyyəti;
  • məsuliyyətlilik, dəqiqlik və təşəbbüskarlıq qabiliyyəti;
  • Bank sahəsində ən azı 1 illik iş təcrübəsi;
  • Email:  iahmedov@turanbank.azTel:     510-79-11/22
    Fax:    497-25-77

Problemli kreditlərlə iş departamenti, Məhkəmələrlə iş şöbəsinin hüquqşünası                                                                                                

            Yaş həddi:     24-35

            Əmək haqqı: 500-600 AZN

Vəzifəyə olan tələblər:

  • Ali hüquqi təhsil;
  • Hüquqşünaslıq sahəsi üzrə ən azı 1 illik iş təcrübəsi;
  • Kollektivdə işləmə bacarığı;
  • Məsuliyətlilik, diqqətlilik;
  • MS Office proqramlarında işləyə bilmək qabiliyyəti.

Vəzifə öhdəlikləri:

  • Bankın strukturlarının hazırladığı müqavilə və əqdlərə operativ münasibət bildirməsi;
  • İradları hüquqi cəhətdən əsaslandırması və onların aradan qaldırılması üçün köməklik göstərməsi;
  • Məhkəmə proseslərində iştirak etməsi, qətnamələrin Banka göndərilməsi, qətnamələrin icraya yönəldilməsi və ödənişlərə nəzarət edilməsi;
  • İcra proseslərinin nəzarətdə saxlanması.
  • Email:mmirzezade@turanbank.az
  • Tel:     510-79-11/22
  • Fax:    497-25-77

  • Filiallarla İş departamenti, İstehlakçıların hüquqlarının müdafiəsi şöbəsinin mütəxəssisi

    Yaş:   23 – 35
    Əmək haqqı: 600-700 AZN

  • Vəzifə öhdəlikləri:
    • İstehlakçıların (müştərilərin)  müraciətlərinə (şikayət, ərizə və təkliflərinə) müəyyən edilmiş qaydada və müddətdə baxılması;
    • Müraciət etmiş istehlakçılarla görüşlərin keçirilməsi;
    • Yazılı və şifahi müraciətlərin statistikasının hazırlanması və hesabat verilməsi.
    • Vəzifəyə olan tələblər:
    • Ali təhsil;
    • Dil biliyi – Azərbaycan və rus dili sərbəst;
    • Bank və Hüquq qanunvericiliyi üzrə biliklər;
    • Bu sahəni əhatə edən sahədə ən azı 2 illik iş təcrübəsi;
    • Yüksək səviyyədə ünsiyyət bacarığı;
    • Gözəl nitq qabiliyyəti və yüksək məntiq;
    • Komandada işləmək bacarığı;
    • Sərbəst qərar qəbul etmə qabiliyyəti.

    Email: aahmedova@turanbank.az
    Telefon: 510-79-11/22


     

  • Mikrokreditlər üzrə baş mütəxəssis

    Yaş: 23 – 35
    Əmək haqqı: 1000-1100 AZN + sosial paket
    Vəzifə öhdəlikləri:

    • Filiallar tərəfindən verilmiş mikrokreditlərə nəzarət;
    • Verilmiş mikrokreditlərin bankı daxili qaydalarına uyğunluğunun yoxlanılması;
    • Kredit mütəxəssisləri tərəfindən verilmiş mikrokreditlər üzrə maliyyə təhlilinin düzgün aparılmasının yoxlanılması;
    • Departament direktoru tərəfindən verilən tapşırıqları operativ yerinə yetirmək.

    Vəzifəyə olan tələblər:

    • Riyazi iqtisadi sahədə ali təhsil;
    • Kredit vermə sahəsində ən azı 2 illik iş təcrübəsi;
    • Analitik düşüncə qabiliyyəti və məlumatlılıq;
    • Maliyyə təhlili bacarığı.

    Email:  iahmedov@turanbank.az
    Tel:     510-79-11/22
    Fax:    497-25-77




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir