Search
bank_btb

Bank BTB-nin filialı yeni ünvanda

Bank BTB-nin “Rabitə” filialı daha operativ və rahat xidmət göstərmək məqsədilə Bakı şəh., Bakıxanov qəs., Sülh küç., 1D ünvanına köçmüşdür. Filialın yerini asanlıqla bankın filiallarını əks etdirən interaktiv xəritənin (http://www.btb.az/az/branches) köməyilə tapmaq olar. Daha öncə filial Bakı şəh., Yasamal ray., Parlament pros., 500, 4B ünvanında yerləşmişdir.

Filial müştərilərə hər növ bank xidmətlərini, o cümlədən əmanət, istehlak və biznes kreditləri, plastik kartlarla əməliyyatlar, kommunal və rabitə ödənişləri, həmçinin hesablaşma-kassa və təcili pul köçürmələrini təklif edir.

Qeyd edək ki, hazırda Əməliyyat İdarəsindən başqa Bank BTB-nin 10 filialı müştərilərə xidmət edir. Xidmət şəbəkəsi şənbə və bazar günləri istisna olmaqla həftənin bütün günləri saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir. Bank BTB-də rəsmiləşdirilmiş kreditlərin ödənişlərini əlavə olaraq eManat və MilliÖn ödəniş terminalları vasitəsilə istənilən zaman ödəmək mümkündür. Bank və onun xidmətləri haqda daha ətraflı məlumatı bankın www.btb.azkorporativ saytından və ya www.facebook.com/bankbtb facebook səhifəsindən əldə etmək mümkündür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir