Search
1014123_10203077724002028_512168627_n

Təqaüd krediti qadağasına tanınmış ekspert rəy bildirdi

Bildiyimiz kimi, Maliyyə Bazarlarına Nəzarət Palatası təqaüdçülərə kreditlərin verilməsini qadağan edib. Bu xəbər cəmiyyətimizdə birmənalı qarşılanmadı. Məsələylə bağlı tanınmış iqtisadçı ekspert Vüqar Bayramov öz rəyini bildirib: “Beynəlxalq praktikada hansısa yaş qrupuna kreditlərin verilməsinin qadağan edilməsi halına rast gəlinmir. Əgər vətəndaşın ödəmə qabiliyyəti varsa onun yaşından,  peşəsindən asılı olmayaraq kredit almaq hüququ olmalıdır. Eyni zamanda kimə kredit verilib verilməməsi hansısa qurumun deyil, bankın səlahiyyətindəki məsələ olmalıdır. Müştərinin ödəmə qabiliyyətini bank qiymətləndirməlidir. Eyni zamanda, əgər təqaüdçü pensiya alırsa və hətta öz həyatını sığorta etdirib kredit üçün müraciət edirsə bank nə üçün ona mənfi cavab verməlidir? Ödəmə qabiliyyəti olan pensiyaçı yaşı nisbətən çox olduğuna görə niyə kredit almaq hüququndan istifadə etməməlidir? Yaş heç bir zaman meyar ola bilməz, əsas kriteriya ödəmə qabiliyyəti olmalıdır. Eyni zamanda, beynəlxalq praktikada konkret əhali qruplarına qadağaların tətbiq edilməsi diskriminasiya kimi qiymətləndirilir. Yaş qruplarına görə kredit verilməsinə məhdudiyyətlər tətbiq etməklə problemli kredit məsələsini həll etmək mümkün deyil. Bunun üçün daha kompleks tədbirlərin həyata keçirilməsinə ehtiyac var”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir