Avtomobil sahiblərini ən çox düşündürən suallardan biridə məhz avtomobilin sığortalanma məsələsidir. Hazırki durğunluq dövründə yeni avtomobil almaq imkanı olmayan əhali, məhz hazırda olanını minimal xərclərlə istifadəsinə üstünlük verir.
Statistik məlumatlara görə, Azərbaycanda yeni avtomobilləri çıxmaq şərti ilə, digər avtomobillərin çoxu KASKO sığortası etməyib. Mütəxəssislər bunu daha çox 2 aspektlə əlaqələndirir 1) məlumatsızlıq – yəni avtomobil sahibi sığorta şirkətlərinin təklif etdiyi məhsullarının qiymətlərindən məlumatsızdırlar. Bununda əsas yükü KASKO sığortasının şirkətlər tərəfindən rahat formada istehlakçılara çatdıra bilməməsindədir. 2) növbəti səbəb isə bu məhsulun ucuz olmamasındadır.
Məlumatsızlıq boşluğunu aradan qaldırmaq üçün Banker.az sığorta şirkətləri arasında belə bir monitorinq aparmışdır. Bütün sığorta şirkətlərinə müştəri qismində zəng edilir və qiyməti 25000 AZN olan 2015-ci ilin avtomobili üçün KASKO sığortasının qiyməti öyrənilmişdir. Təbii ki qiymət maşının modelindən, motorun həcmindən, sürücü yaşından asılı olaraq müəyyən dəyişikliyə məruz qala bilər. Lakin tərtib etdiyimiz siyahıda nəticə etibarı ilə sıralama demək olarki olmayacaqdır.
Sığorta şirkətləri | Sığorta müddəti | Franşız | Sığorta haqqı |
---|---|---|---|
Alfa Sığorta | 12 ay | 300 AZN | 875 AZN |
A-Qroup Sığorta | 12 ay | 0-100 | 750 AZN |
Amrah Sığorta | 12 ay | 200 AZN | 750 AZN |
Ata Sığorta | 12 ay | 100 AZN | 700 AZN |
Atəşgah Sığorta | 12 ay | 100 AZN | 609 AZN |
AXA MBASK | 12 ay | 100 AZN | 752 AZN |
Sənaye Sığorta | 12 ay | 100 AZN | 775 AZN |
Azərqarant Sığorta | 12 ay | 250 AZN | 875 AZN |
AzSığorta | 12 ay | 100 AZN | 725 AZN |
Bakı Sığorta | 12 ay | 100 AZN | 750 AZN |
Başak İnam Sığorta | 12 ay | 200 AZN | 700 AZN |
Beynəlxalq Sığorta Şirkəti | 12 ay | 100 AZN | 775 AZN |
Buta Sığorta | 12 ay | 100 AZN | 750 AZN |
Günay Sığorta | 12 ay | 100 AZN | 900 AZN |
İpək Yolu Sığorta | 12 ay | 250 AZN | 912 AZN |
Meqa Sığorta | 12 ay | 100 AZN | 660 AZN |
Paşa Sığorta | 12 ay | 100 AZN | 700 AZN |
Rəvan Sığorta | 12 ay | 100 AZN | 875 AZN |
Standard İnsurance | 12 ay | 200 AZN | 825 AZN |
Xalq Sığorta | 12 ay | 250 AZN | 625 AZN |