Search
tax_free_240616_2

“Tax Free” sistemindən 45 ölkənin vətəndaşı istifadə edib

Azərbaycanda bu il iyunun 16-dan tətbiq edilən “Tax Free” sistemindən istifadə edən 45 ölkənin vətəndaşına 104 min manatdan artıq ƏDV qaytarılıb.

Bunu vergilər nazirinin müavini İlkin Vəliyev bu gün keçirilən mətbuat konfransında deyib.

Nazir müavini bildirib ki, bu onu göstərir ki, bu sistem böyük tələbatla istifadə olunur: “Hazırda bu sistem yalnız Heydər Əliyev adına Beynəlxalq Hava Limanında tətbiq olunur. Lakin yaxın vaxtlarda bu sistem ölkənin bütün nəzarət-buraxılış məntəqələrində tətbiq ediləcək”.

Trend




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir