Search
120555

Rabitəbank, “AzeriCard” prossessinq mərkəzinin onlayn-ödəmə sisteminə qoşuldu

Rabitəbank ASC  AzeriCard ilə birlikdə müştərilərin rahatlığını təmin etmək məqsədi ilə onlayn kredit ödəniş xidmətini  müştərilərin istifadəsinə verdi.  İndi Rabitəbankın müştəriləri  banka gəlmədən onlayn rejimdə kredit ödənişlərini və hesaba mədaxili rahat şəkildə həyata keçirə bilərlər.  Bunun üçün   bankın rəsmi saytında  www.rabitabank.com • Online Bankçılıq –• Online ödəmə  – • Azericard bölməsinə daxil olaraq hər növ önline ödənişləri həyata keçirə bilərlər.

Qeyd edək ki, Kredit  ödənişini  və hesaba  mədaxili   Visa, Visa Electron, MasterCard və Maestro bankın plastik kartları vasitəsi ilə  keçirilir.   Rabitəbankın  müştərilərinin təhlükəsizliyi online ödəniş zamanı 3D Secure sistemi tərəfindən qorunur, bunun üçün www.azericard.com -dan bu xidmətə qoşulmaq  mutləqdir!

Rabitəbank, 1993-cü ildə fəaliyyətə başlamış və tezliklə iqtisadiyyatın müxtəlif sahələrini əhatə etməklə öz fəaliyyət dairəsini genişləndirərək universal banka çevrilmişdir. Fəaliyyət göstərdiyi 22 il ərzində Rabitəbank ölkənin iri bankları arasında mövqeyini qoruyub saxlamaqla yanaşı, 21 filialdan  və 1 şöbədən ibarət filial şəbəkəsini yaradıb. Onlardan 7 – si Bakı şəhərində,15-si  isə Sumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Masallı, Gəncə, Şəmkir, Şirvan, Şəki, Şamaxı, Kürdəmir, Naxçıvan, Ağsu və Ağcəbədi şəhərlərində fəaliyyət göstərməktədir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir