Search
1442470170_3

Tarixdə bugün

2004-cü il. Brüsseldə “Dədə Qorqud” abidəsinin açılışı olub. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.

1992-ci il. Türkiyə hökuməti Ermənistanın Azərbaycana qarşı artan hərbi təcavüzü ilə bağlı yeni bəyanat verib. Bəyanatda bildirilirdi ki, Şuşa və Laçının işğalı, Ermənistanın Naxçıvan üzərinə hücumlarının genişlənməsi Türkiyəni hadisələrə seyrçi qoya bilməz. Türkiyə 1921-ci il Qars müqaviləsinə əsasən, Naxçıvanın təhlükəsizliyi ilə bağlı məsuliyyət daşıdığını nəzərə çatdırıb.

1907-cı il. Bakıda “Bəhlul” satirik jurnalı nəşrə başlayıb. “Molla Nəsrəddin” jurnalının təsiri altında nəşr olunan dərginin redaktoru Ələsgər Əliyev idi. Jurnalın cəmi 9 sayı (1907-ci il 4 noyabradək) işıq üzü görüb. M.Ə.Sabirin bir neçə şeiri (Bəhlul Danəndə haqqında) ilk dəfə bu dərgidə dərc olunub.

1910-cu il. Xalq şairi Rəsul Rzanın doğum günüdür (1910-1981). Əsərləri: “Qız qalası”, “Qızıl gül olmayaydı”, “Bir gün də insan ömrüdür” (poema), «Rənglər» (şeirlər silsiləsi), “Vəfa”, “Görüş” (pyes), “Dünən, bu gün, sabah”, “Güneylər, quzeylər” , “Üzü küləyə” və s. N.Gəncəvinin «Xosrov və Şirin» poemasını, rus şairləri Puşkin, Lermontov, Nekrasov, Mayakovski və Avropa şairlərinin əsərlərini dilimizə tərcümə edib.

1919-cu il. Versalda ermənilər Azərbaycan və gürcü nümayəndə heyətinin konfederasiya yaratmaq təklifinə qarşı çıxıb.

1929-cu il. ABŞ-da “Oskar” mükafatı təsis olunub.

1997-ci il. Azərbaycan Avropada adi silahlar haqqında konvensiyaya qoşulub.

199ci il. Azərbaycanda “Uşaq hüquqları haqqında” qanun qəbul edilib.
1999-cu il.  Sumqayıt şəhər 8 saylı orta məktəbin hərbi dərsində RQD-5 əl qumbarası partlayaması nəticəsində 6 nəfər ölüb, 18 nəfər yaralanıb.

2015-ci il. Bakının Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında 15 nəfərin həlakı ilə nəticələnən yanğın baş verib.

Bu gün Türkiyədə Atatürkü anma, gənclik və idman bayramı qeyd edilir.

Mənbə: Eurasiadiary


TAG


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir