Search
May-17

Tarixdə bugün

1870-ci il. Azərbaycan yazıçısı, dramaturq, pedaqoq, ədəbiyyatşünas, əməkdar incəsənət xadimi Əbdürrəhim bəy Haqverdiyevin doğum günü (1870-1933).

Gəncə quberniyasından Rusiya Dövlət Dumasına nümayəndə seçilib. 1908-ci il yanvarın 12-də “Leyli və Məcnun” operasının ilk tamaşasına dirijorluq edən Ə.Haqverdiyev “Bəxtsiz cavan”, “Pəri-cadu”, “Dağılan tifaq” faciələrinin”, “Yeyərsən qaz ətini, görərsən ləzzətini” dramının, “Həyat” qəzetində və “Molla Nəsrəddin” jurnalında dərc olunan felyeton nə hekayələrinin müəllifidir.

1969-cu il. Beynəlxalq Elektroəlaqə İttifaqının İdarəedici Şurasının qərarı iləBeynəlxalq Telekommunikasiya və Rabitə Günü təsis olunub. 17 may, eyni zamanda Ümumdünya İnformasiya Cəmiyyəti Günüdür. Bu Gün Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 2006-cı il martın 27-də təsis olunub. Bu tarixin seçilməsi də təsadüfi deyil. 1865-ci ilin həmin günündə Parisdə 20 Avropa ölkəsinin nümayəndələri Beynəlxalq Teleqraf İttifaqının yaradılması haqqında müqavilə imzalayıblar.

1904-cü il. İki dəfə Venesiya və Berlin kinofestivalları mükafatlarının laureatı, “Sezar” mükafatının sahibi, tanınmış fransız teatr və kino aktyoru Jan Qabenin doğum günüdür (1904-1976). J.Qaben Fransa kinematoqrafının ən parlaq ulduzlarından biri sayılır. O, Fəxri Legion ordeni (1960) ilə təltif edilib. Anadan olduğu Meryel şəhərində Jan Qaben Muzeyi fəaliyyət göstərir.

 

Mənbə: Azərtac


TAG


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir