Search
derbend986406aafb14f36330c4a0a5f2fd38798bf77104da^pimgpsh_fullsize_distr_604_471

Azərbaycan və Rusiya sərhədində turistlər üçün “yaşıl dəhliz” yaradılacaq

Dağıstan hökuməti Rusiya-Azərbaycan sərhədində turistlərin girişi və çıxışı zamanı maneələrin aradan qaldırılması üçün yol xəritəsi hazırlayacaq. Mahaçqaladan Bakıya aviauçuşların təşkili və Dərbənd-Bakı marşrutu üzrə ekspress qatarların işə salınması planlaşdırılır. Bu barədə regional Turizm Nazirliyinin nümayəndəsi məlumat verib.

“Dağıstanın turizm və xalq bədii sənəti üzrə nazir Maqomed İsayev nazirlik aparatına Rusiya-Azərbaycan sərhədində turistlərin girişi və çıxışı zamanı maneələrin aradan qalxacağı yol xəritəsi hazırlamaları barədə göstəriş verib. İmkanların işlənilməsi və Mahaçqaladan Bakıya aviauçuşların, o cümlədən Dərbənd-Bakı marşrutu üzrə ekspress qatarların işə salınmasının təşkilinin iqtisadi səmərələliliyi əsaslandırmaq barədə də tapşırıq verilib”,- deyə agentliyin həmsöhbəti söyləyib.

Onun sözlərinə əsasən, həftə ərzində Dağıstan və Azərbaycanın turizm üzrə nazirliklərinin mütəxəssislərindən ibarət işçi qrupu yaradılacaq. Qrup turizm infrastrukturunu, qiymətləri araşdırmalı, Azərbaycan və Rusiya turistləri üçün maraqlı turmarşrutlar hazırlamalıdır.

“Bunlar qastronomik, tibbi və kənd turizminin inkişafı üzrə marşrutlar ola bilər”,- deyə həmsöhbət qeyd edib.

Mənbə: Eurasiadiary




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir