Search
surpriz KASKO sayt

“Sürpriz kasko” üçün yeni sayt

“Başak İnam” sığorta şirkəti “Sürpriz kasko” sığorta məhsulu  üçün yeni sayt yaradıb. “Başak İnam” sığorta şirkətinin biznesin inkişafı departamentinin rəhbəri Hikmət Allahverdi fins.az-a bildirib ki, müştərilər bu sayt vasitəsilə ilkin məlumatları kifayət qədər geniş formada ala bilərlər. www.kaskosigorta.az saytında “Sürpriz kasko” sığorta paketinə daxil olan xidmətlər haqqında  geniş məlumat verilib. Müştəri bəzi şəxsi məlumatlar daxil etməklə  əlavə məlumat ala və ya elə birbaşa “sürpriz kasko” sığorta paketini sifariş edə bilər.

O əlavə edib ki, may ayından  etibarən hər ayın  sonunda, məlumat almaq üçün qeydiyyatdan keçmiş şəxslər arasından bir nəfər bu məhsulu hədiyyə alacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir