Search
sis

“Standard Insurance”yə yeni sədr təyin olunub

“Standard Insurance” sığorta şirkətinin rəhbərliyi dəyişib. Bu barədə şirkətdən məlumat verilib. Məlumata görə, “Standard Insurance” ASC sığorta şirkətinin yeganə təsisçisi “AB Standard” QSC-nin müvafiq qərarı ilə ASC “Standard Insurance” sığorta şirkətinin İdarə Heyətinin Sədri Kamal İbrahimov şirkətin Direktorlar Şurasının Sədri təyin olunaraq, İdarə Heyəti Sədrinin birinci müavini Aydın Rəhmanov isə onun yerinə İdarə Heyətinin Sədri vəzifəsinə təyin olunub. Qeyd edək ki, A.Rəhmanov indiyə qədər “Standard Insurance”in İdarə Heyəti sədrinin 1-ci müavini vəzifəsində çalışıb.

Aydın Rəhmanov 1979-cu ildə Bakı şəhərində anadan olub, ali təhsillidir. Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Tikintinin iqtisadiyyatı və idarə edilməsi” fakultəsini bitirib. 1996-cı ildə sığorta sahəsində, 2003-cü ildə etibarən “Standard Insurance” şirkətində çalışır. Azərbaycan, rus və ingilis dillərini bilir. Ailəlidir, iki övladı var




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir