Search
photo_24244

Sinqapurda sürücüsüz avtobuslar işləyəcək – FOTOLAR

İlin sonunadək Sinqapur küçələrində qeyri-adi nəqliyyat vasitələri – sürücüsüz avtobuslar hərəkət edəcək.

Avtobuslar elektriklə çalışır və avtonom şəkildə kiçik yollarda, məsələn, məktəb kampusunda hərəkət edə bilir. Yeni nəqliyyat növünün istehsalçısı Hollandiyanın “2getthere” şirkətidir. Bir kabinəyə 24 sərnişin yerləşir. Yeni yerüstü nəqliyyat vasitəsinin saatda 8 min sərnişin daşıyacağı gözlənilir.

Sinqapur avtobusları Əbu-Dabidə texnoloji biznes parklarda istifadə olunan avtobuslardan daha böyükdürlər. Eləcə də, “2getthere” şirkəti Rotterdamdakı Rivium biznes parkı üçün analoji sistem hazırlayıb. Orada hər biri 20 sərnişin daşıya bilən 6 elektrik nəqliyyat vasitəsindən istifadə edilir.
Sinqapurda sürücüsüz avtobuslar işləyəcək

Eurasiadiary




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir