Search
ASA logo yeni

Sığortaçılar Assosiasiyasına hüquqşünas lazımdır – VAKANSİYA

Ali hüquq təhsilli, hüquq sahəsində 1-3 il əmək stajına malik olan, Azərbaycan dili və kompüter bilikləri olan şəxslər müraciət edə bilərlər. Rus və ingilis dillərini bilənlərə üstünlük veriləcək.

Namizədə tələblər

Öhdəliklər:
-Müxtəlif növ müqavilələrin və hüquqi sənədlərin (məktublar və s.) tərtib edilməsi
-Mübahisələr ilə bağlı məhkəməyə qədər zəruri tədbirlərin görülməsi
-Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması
-Rəhbərliyə müvafiq hesabatların hazırlanması
-ASA-nın və onun komitələrinin iclaslarının protokollarının hazırlanması
-Komitələr arasında kommunikasiyanın qurulması, məlumatların sistemləşdirilməsi və idarə edilməsi

İş rejimi:
-Həftə içi saat 09:00-18:00 (nahar vaxtı: saat 13:00-14:00)
-Şənbə və bazar günləri, Əmək Məcəlləsi ilə müəyyən edilmiş qeyri-iş günləri istirahet günləri hesab olunur

Namizədə tələblər
-Təhsil: Ali Hüquq
-İş təcübəsi: Hüquq üzrə 1-3 il (Sığorta, bank, maliyyə sektorunda iş təcrübəsi arzuolunandır)
-Dil biliyi: Azərbaycan dili (rus və ingilis dillərini bilənlərə üstünlük verilir)
-Kompyuter biliyi: MS Office proqramları

Maaş: 700-1200 AZN

Maraqlanan şəxslərdən CV-lərini office@asa.az elektron poçt ünvanına göndərmələri xahiş olunur. Xahiş edirik, CV-nizi elektron ünvana göndərərkən mövzu olaraq “Hüquqşünas” sözünü qeyd edəsiniz.

Əlaqə:
Azərbaycan Sığortaçılar Assosiasiyası
Ünvan: Babək Plaza, 8-ci mərtəbə
Babək prospekti, Ələddin Quliyev küç., məhəllə 1131, AZ1025, Bakı, Azərbaycan
+994 12 488 0714
office@asa.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir