Search
535e726e578f3fa85533da4331f1c056_XL

“Garanti Bankası” SOCAR-a yarım milyard dollar kredit verəcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2011-ci ildə Türkiyənin İzmir şəhərində təməlini qoyduğu və dəyəri 5,7 mlrd. ABŞ dolları olan “Star” neft emalı zavodunun tikintisinin maliyyələşdirilməsi məsələsini tam olaraq həll edib.

Qeyd edək ki, zavodun tikintisi üçün lazım olan 5,7 mlrd. dollardan 2,2 mlrd. dollarını SOCAR yatıracaq.

Türkiyə mətbuatının verdiyi məlumata görə, SOCAR 15 xarici kommersiya bankından maliyyə cəlb edə bilib. Bankların arasında Türkiyənin “Garanti Bankası” da yer alıb.

Məlumata görə, xarici kommersiya və ixrac baklarından neft emalı zavodunun tikintisi üçün cəlb olunacaq 3,5 mlrd. dollar dəyərində kredit 18 il müddətinə veriləcək. “Star” neft emalı zavodunun 3,5 mlrd. dolarlıq maliyyələşmə paketi bu ay içində tamamən həll olunacaq. Əldə olunan son razılaşmaya görə, maliyyələşmə paketinin 3 mlrd. dollarlıq hissəsi 5 ölkənin (İspaniya, İtaliya, ABŞ, Cənubi Koreya və Yaponiya) ixrac bankları vasitəsilə 15 xarici bankla ödəniləcək. Paketdə yer alan banklardan biri də Türkiyənin “Garanti Bankası”dır ki, bu bank layihənin tikintisinə 15 il müddətinə 500 mln. dollar vəsait ayıracaq.

SOCAR-ın Türkiyədəki törəmə şirkəti olan “SOCAR-Türkiyə”nin rəhbəri Kənan Yavuz bildirib ki, “Star” neft emalı zavodu fəaliyyətə başladığı dövrdən sonra Türkiyənin TÜPRAŞ şirkətindən sonra ikinci böyük şirkət olacaq.

Onun sözlərinə görə, Türkiyənin ikinci böyük şirkətini qurmaq, bunun maliyyələşməsinin təmin etmək asan məsələ deyil. “Garanti Bankası” ilə əldə olunan razılaşmaya görə, 2018-ci ildə fəaliyyətə başlayacaq neft emalı zavodunun tikintisinə 200 mln. dollarlıq hissəsi nağd ödəniləcək və bütün maliyyə əməliyyatları bu bank vasitəsilə həyata keçiriləcək.

Mənbə: Apa




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir