Search
pasa_sigorta_1

Sığorta şirkətində Vakansiya

PAŞA Sığorta şirkəti Keyfiyyət və Müştəri Məmnuniyyəti üzrə Menecer vəzifəsinə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

• Şirkət daxilində Keyfiyyət İdarəetmə Sisteminin (QMS) sənədlərinin işlənib hazırlanması və ISO 9001:2008 Beynəlxalq Standartının tələblərinə uyğun şəkildə saxlanması üzrə iş aparır, korporativ prosedurların, əsasnamələrin və təlimatların hazırlanması, təkmilləşdirilməsi və tətbiqi prosesində Keyfiyyət Qrupunun işini mütəmadi şəkildə istiqamətləndirir və dəstək göstərir;
• Şirkətin Müştəri Məmniniyyətinin idarə edilməsi sisteminin effektiv qurulması və tətbiq edilməsini təmin edir;
• Şirkətin ümumi strategiyasını rəhbər tutaraq biznes proseslərinin davamlı optimallaşdırılması istiqamətində fəaliyyət göstərir.

İş təcrübəsi:

• Beynəlxalq idarəetmə standartları barəsində tam məlumatlılıq
• Keyfiyyət idarəetmə sistemi sənədlərinin hazırlanması təcrübəsi
• Keyfiyyət və Müştəri Məmnuniyyəti İdarəetmə Sistemi sahəsində ən azı 2 illik iş təcrübəsi (xidmət sektoru üstünluk hesab ediləcək),
• Proseslərin optimallaşdırılması ilə bağlı təcrübə

Biliklər: Microsoft Office proqramları, Azərbaycan, ingilis və rus dillərini mükəmməl bilmək

Xüsusi bacarıqlar:

• Təhlil etmək bacarığı;
• Planlaşdırma və layihələrin idarə olunması bacarıqları
• Danışıqların aparılması bacarığı
• Vaxtın səmərəli idarə olunması

Xahiş edirik vəzifəni “subject” sətrində qeyd edin və CV-nizi recruitment@pasha-insurance.az  elektron ünvanına göndərin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir