Search
Xalq_bank_logo_090413

Maliyyə təhlili və nəzarəti şöbəsinin kiçik/baş mütəxəssisi – VAKANSİYA

Xalq Bank Maliyyə idarəsinin Maliyyə təhlili və nəzarəti şöbəsinin kiçik mütəxəssisi/ baş mütəxəssisi vəzifələrinə vakansiya elan edir.

Əmək haqqı: (1000 AZN-dən 2330 AZN-dək)

Vəzifə : (kiçik mütəxəssisi, mütəxəssisi, aparıcı mütəxəssisi, böyük mütəxəssisi, baş mütəxəssisi)

İş qrafiki: 09:00 – 18:00/Bazar ertəsi – Cümə

Şəhər: Bakı

Namizədə dair tələblər:

∙ Ali magistr təhsili (Maliyyə və İqtisad arzuolunandır);

∙ Mühasibat uçotu, Mərkəzi Bankın hesabatlılığı sahəsində təcrübə və biliklər (Bank təcrübəsi olanlara üstünlük veriləcəkdir);

∙ Bank qanunvericiliyi, Vergi qanunvericiliyi və Mülki qanunvericilik haqqında biliklər;

∙ BMHS sahəsində biliklər (ACCA, CFA, CPA sertifikatları olanlara üstünlük veriləcək);

∙ Yüksək dərəcədə analitik düşüncə, işdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;

∙ Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);

∙ İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;

∙ Komandada işləmək bacarığı;

∙ Təcrübəli MS Office istifadəçisi olan (Xüsusi ilə Excell – i mükəmməl şəkildə bilən).

∙ Xarici dil bilikləri olan namizədlərə üstünlük veriləcəkdir.

İşin təsviri:

∙ Bankın fəaliyyətinin maliyyə təhlilinin aparılması;

∙ Mərkəzi Banka və digər dövlət qurumlarına hesabatların verilməsi;

∙ Bankdaxili hesablar üzrə əməliyyatlara nəzarətin həyata keçirilməsi;

∙ Bankın balans göstəriciləri əsasında Bankın fəaliyyətinin əsas göstəricilərinin – gəlir və xərclərinin, mənfəətinin, aktiv və passiv əməliyyatlarının nisbətinin qanunvericiliklə müəyyən edilmiş normativlərə uyğun olması səviyyəsini təhlil edir.

QEYD: Tələblərə uyğun olmayan və “Subject” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV”-lərə baxılmayacaq.

Əlaqə vasitələri:
E – mail: cv@xalqbank.az
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir