Search
1453123020_14

“Parabank”da – VAKANSİYA

Parabank”  marketinq müdir vəzifəsinə işçi qəbulu elan edib. Bank işi və ya iqtisadiyyat sahəsində ali təhsili, marketinq sahəsində minimum üç illik təcrübəyə malik, rus,ingilis dillərində sərbəst danışıq bacarığı  olan vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi aprel ayının 14-dür.

Namizədə olan tələblər:
∙ Bank işi və ya iqtisadiyyat sahəsində ali təhsilin olması;
∙ Marketinq sahəsində minimum üç illik təcrübəyə malik olması;
∙ Marketinq və bazar araşdırmalarını dərindən bilməli
∙ Şöbənin işlərini planlaşdırma bacarığına malik olması;
∙ Müvafiq proqram təminatları, iş və riyazi təfəkkür qabiliyyəti;
∙ Rus,İngilis dillərində sərbəst danışıq bacarığı;
∙ Komputer proqramlarını dərindən bilməsi

İş barədə məlumat:
∙ Marketinq strategiyasını işləyib hazırlamaq və müvafiq təsdiqdən sonra onun yerinə yetirilməsini təmin etmək;
∙ Qəbul olunmuş marketinq siyasətinə uyğun olaraq daimi bazar araşdırmaları aparmaq, mövcud məhsul və xidmətlərin yeni bazarlarını, onların bazar qiymətlərini və müştəri qruplarını müəyyənləşdirmək;
∙ Məhsulu və xidmət yaratmaq və onun satış kanallarının müəyyən edilməsini təşkil etmək.
∙ Rəqiblərin araşdırılması və onlar üzrə məlumat bazası yaradılmasını təşkil etmək və onu daima təkmilləşdirmək;
∙ Satışın təşkilinə köməklik etmək;
∙ Satışla bağlı ortaya çıxan məsələlər köməklik göstərmək;
∙ Məhsul və xidmətlərin satışında müştəri xidməti strukturarına və Kreditlərin idarəedilməsi və Nəzarət departamentinə yaxından köməklik göstərmək;
∙ Bankın imicinin formalaşmasını təmin edən tədbirlər görmək;
∙ Bankın broşuralarının və illik hesabatının hazırlanması;
∙ Bankın internet səhifəsində məlumatların yeniləşməsinə nəzarət;
∙ Bankda keyfiyyətə nəzarət işini təşkil etmək;
∙ Azərbaycandan kənar yeni tərəf-müqabil bankların və maliyyə institutlarının müəyyən olunması üzrə işləri görmək;
∙ Yeni satış texnologiyalarının tətbiqi, bu sahədə satış işçilərinin hazırlanması ;
∙ Call center-in xidmət fəaliyyətinin yaxşılaşdırılmasına nəzarət etmək;
∙ Satişa dəstək ola biləcək digər bütün işlər;

Müraciət etmək istəyənlər CV-ləri Marketinqmüdir mövzusu ilə vakansiya@parabank.az elektron poçt ünvanına göndərə bilərlər.

Ünvan: Bakı şəh., AZ1022, S.Vurğun küç. 60

Telefon:  (012) 447 10 00

E-mail –  vakansiya@parabank.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir