Search
Pasha_sigorta_020711

Sığorta ödənişlərinin ümumi bazardakı payına görə “Paşa Sığorta” birinci yerdədir

Birinci rübdə 25 qeyri-həyat sığorta şirkəti arasında həyata keçirilən sığorta ödənişlərinin ümumi bazardakı payına görə “Paşa Sığorta” ASC 23,96 faizlik (6 milyon 387 min 872,39 manat) göstərici ilə birinci yerdədir.

Sonrakı yerləri 11,15 faizlik payla (2 milyon 970 min 437,00 manat) “Atəşgah” Sığorta Şirkəti ASC və 11,03 faizlik payla (8 milyon 037 min 075 manat) “Azərsığorta” Dövlət Sığorta Şirkəti tutmuşdur.

Qeyri-həyat sığortası şirkətləri arasında ən az pay göstəricisi “Çartis Azərbaycan” ASC-də (0,01 faiz), “Royal Sığorta” ASC (0,03 faiz) və “İpək Yolu Sığorta” ASC (0,04 faiz) qeydə alınmışdır.
Bakı, 20 aprel (AzərTAc).




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir