Search
deleduzluqq_0

Sığorta fırıldaqçılarının istifadə etdiyi – ÜSULLAR AÇIQLANIB

Dünyada sığorta fırıldaqlarından sığortanın demək olar ki, bütün növlərində istifadə olunur. Bu barədə Bakıda “Sığorta dələduzluğuna qarşı mübarizə” mövzusunda keçirilən seminarda Rusiya Federasiyası Sığorta Təhlükəsizliyi Assosiasiyasının prezidenti Aleksey Alqazin bildirib. Onun sözlərinə görə, sığorta fırıldaqlarının ən geniş yayıldığı sığorta növləri avtomobil sığortaları, əmlak sığortaları və fərdi sığortalardır.

Avtomobil sığortalarında belə hallar yol qəzaları, oğuruqlar və avtomobilin yandırılması üsulları ilə həyata keçirilir: “Amma əsas fırıldaqlar avtomobil sığortası üzrədir. Burada fırılaqlar üçün böyük imkanlar var”.

Ekspert bildirib ki, daşınmaz əmlakın sığortasında fırıldaq zamanı da oğurluğun, qarətin və yanğının təşkil edilməsi üsullarından istifadə edilir. Ən maraqlı sahələrdən biri şəxsi sığortadır: “Bura qətl, xəsarət, tibbi sənədlərin saxtalaşdırılması, əlilliyin simulyasiyası və s. kimi hallar aiddir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir