Search
Seba-loqo

“Səba” mayın 15-də səxavət payı alacaq marketlərin adlarını açıqladı

Bu ay “Səba” Səxavət Günü Bakı və Abşeron yarımadasını əhatə edən 127 marketdə keçiriləcək. Bu barədə “Səba” şirkəti həmin marketlərin nümayəndələri üçün keçirdiyi təqdimatda bildirib. Təqdimatda qeyd edilib ki, Səxavət Günü üçün müəyyən marketlərin seçilməsinə səbəb istehlakçıların böyük həvəslə gözlədikləri bu günün daha mütəşəkkil keçirilməsi zərurətidir.

“Seçilmiş marketlər böyük alıcı axını ilə müşayiət olunan “Səba” Səxavət Gününü keçirə bilmək gücü ilə yanaşı, həm də “Səba” brendinin bütün məhsul cərgəsini təqdim edən marketlərdir. Bu da bizə imkan verir ki, “Səba” səxavət payının bu marketlərə tam dəstini təqdim edək” – Səxavət Gününün təqdimatında “Səba” nümayəndələri belə dedilər.

Görüşdə “Səba” şirkətinin nümayəndələri səxavət paylarının görünüşü və qablaşdırılması barədə də məlumat verdilər. Qeyd olundu ki, səxavət payı birgə qablaşdırılmış xüsusi çeşiddə məhsullardan ibarətdir və hər marketə brend məhsullarının günlük satış payına əsasən verilir. “Səba” təmsilçiləri səxavət payı alacaq marketlərin sayı və siyahısının market və istehlakçıların davranışına görə dəyişəcəyini də vurğulayıblar.

Xatırladaq ki, aprel ayından başlayaraq, “Səba” şirkəti hər ayın 15-nin “Səba” Səxavət Günü kimi qeyd edilməsini qərara alıb. Həmin gün “Biri sizlik – biri bizlik!” şüarı ilə müəyyən “Səba” məhsulları marketlərə pay kimi çıxarılır.

10 ildən artıq bir vaxtda toyuq məhsulları ilə Azərbaycan bazarının lideri olan Səba qısa müddətdə süd məmulatları, xüsusilə qatığı və yağı ilə də istehlakçıların yüksək rəğbətini qazanıb.

Mayın 15-də səxavət payı alacaq marketlərin adları oxuculara təqdim olunur. Səxavət payı olacaq məhsulların adlarını və marketlər üzrə bölgüsünü isə “Səba” şirkəti aksiyadan 1 gün əvvəl açıqlayacaq.

Marketin adı Marketin ünvanı Marketin adı Marketin ünvanı
Araz (7 mkr) İ.Dadashov 91 Gənclik Sumqayıt, 9 mkr
Araz (Binə) E.Isazade 3 Grand M.Hadi, 75
Araz (Buzovna) H. Eyvazov 3 Grand (Altes) İ.Qutqaşınlı, 99
Araz (Elmlər) Z.Xəlilov 32 Grand (M.Qaşqay) C.Hacıbəyli, 29
Araz (Gəncə pr.) Gəncə prospekti Grand (Neftçilər) Q.Qarayev, 46
Araz (Günəşli) Y.Günəşli AB Massivi 4041 Grand (Xalqla dostluğur) Bəhruz Nuriyev, 20/116
Araz (Masazır) Masazir yolu Gross 1 H.Hüseynov, 1 Xəyal bazar
Araz (Maştağa) Mastağa qəs,Heybətov küç. Hermes F.Yusifov, 27
Araz (Neftçilər) M.X.Şərifli 25 Inci 1 S.Orucov 13
Araz (Olimpik star) M.Qardaşları 137 Inci 2 S.Vəzirov, 11 V
Araz (Qaraçuxur) R.Alicanov 6 Inci Market Park Plus T/M
Araz (Savalan) Savalan qəs. Insaf Badamdar qəs.
Araz (Sumqayıt) Sumqayit, 29 Bazar Lider AS H.Cavid, 56
Araz (Tusi) N.Tusi ev 19 Lider AS Şəfayət Mehdiyev, 1054
Araz (Xırdalan) M.Hüseynzadə Lider AS Cəfər Xəndan, 1c
Armostore 3 M.Hadi Life market H.Əliyev, 28
Ballı Günəşli D massivi 12 Life market S.Qurbanov, 10
Ballı Suraxanı qəs,bazar küç. Lyuks T.Abbasov, 9
Bayıl market Q.Abbasov 14 Makro (3 Tac) Zahid Xəlilov, 60
Bazarstore (28 Mall) Füzuli küç, məh 720 Makro (Aga Neymətulla) A.Neymetulla 24
Bazarstore (Babək pr.) Babək pr., 1129 Makro (B.E.S) Bünyadzadə, 17
Bazarstore (Badamdar) Badamdar şossesi Makro (Xutor) Xutor qəs., 3
Bazarstore (Gənclik) F.X.Xoyski PR 830-cu məh. Makro (A.Sultanova) Ziya Bünyadov, 54
Bazarstore (P.B) Neftçilər pr-ti, Park Bulvar Megastore Həzən Əliyev, 1
Bazarstore (Şüvəlan ) A.Ildırım küç., 68 Megastore Zığ şossesi, 5
Bazarstore(Aygün City) Bakixanov r-nu, Aygün City Məhəllə market Y.V.Çəmənzəminli, 123
Bazarstore (Sarayevo) Sarayevo küç., 18 Məhəllə Mir Cəlal, 3
Bazarstore (Sumqayıt) Sumqayıt, 30-cu Məhəllə Mono Nizami küç. 59
BeeGross S.Vurğun küç., 88 Mozaika Badamdar qəs.
Bizim (Ayna Sultanova) İ.Dadaşov küç., 60 Nar market Bünyadov, 11
Bizim (Badamdar) R.İsgəndərov, 4a Neptun 2 Tbilisi pr., 1058
Bizim (Günəşli) İ.İsmayılov, 3 Neptun 3 Xudu Məmmədov, 2944
Bizim (Maşın bazarı) Babək pr., 52 C Neptun 4 Rəsul Rza küç., 2942 məh.
Bizim (Radiozavod) Xudu Məmmədov, 1 C Neptun 5 A.Məhərrəmov, 200
Bizim (Sarayevo) Sarayevo, 8 Neptun 6 Babək pr., 62
Bizim (Şərifzadə küç.) Şərifzadə küç., 154 A Neptun 7 C.Məmmədquluzadə
Bizim (Yeni Yasamal) Ə.Əhmədov küç., ev 19 Neptun 8 N.Rəfiyev, 25 A
Bizim market (Aqua ) Kərpic küç., ev 16 Neptun 9 Həsənoğlu, 11
Bizim market (Qismət ) Y.Yasamal Nərmin Q.Qarayev küç., 25/6
BolMart N.Tusi 11 Nərmin Fətəliyev küç., 35
BolMart Mir Cəlal küç., 63 Nürsel-5 Naxçıvani 18
Çinar 3 Sumqayıt, 17 mkr Optimal market Sahil qəs., E.Quliyev
Çinar Market Sumqayıt,12 mkr Pioner Sumqayıt, 45-ci məhəllə
Çinarə Market Q.Qarayev, 46 Premium İ.İsmayılov küç., 8
Dadlı market B.Səfəroğlu, ev 127 məh. Premium S.Rüstəm, məh. 980, ev 61
Dəniz Telnov küç, məh 2347/48 Primyer Ə.Ələkbərov, 510
Ekspress market Q.Abbasov, 34 Qayalı market (9-cu mkr) Sumqayıt, 9 mkr., Şərq Bazarı
Elmar Sumqayıt, 34 Mehelle Qayalı market Sumqayıt, 13 mkr.
Elmar Xırdalan,Təzə bazar Qloriya Fətəliyev, 53
Elmar Sumqayıt,18 mkr, Koroğlu küç. Rahat (Keşlə) F.Yusifov 51A
Elmar Sumqayıt, 6 mkr Rahat (MetroPark) Təbriz küç., 83
Ən ucuz Market Ceyranbatan, G.Abdullayev küç. Rahat (Qala) Qala qəs., Aeroport yolu
Ən ucuz Market Sumqayıt, 9 mkr Səbət (3 mkr) A.Məhərrəmov, 25A
Ən ucuz Market Sumqayıt, 17 mkr Səbət (Abu) R.Qafurov, 2
Evro Fətəliyev, 50 Səbət (Elmlər) Ş.Mehdiyev, 559 məh
Favorit (6 parallel) Naxcıvani, 15 Səbət (Fresco) Nizami küç., 129
Favorit (9 MKR) Mir Cəlal küç., 63 Səbət (Günəşli) Günəşli, V massivi, 1
Favorit (Bolluq) 7 mkr. A.Kunbayev küç. 22 Səbət (Mərdəkan) Ə.Rəhimov, ev 2
Favorit (Çörək Zavodu) Ə.Haqverdiyev, 574 məh Səbət (Neapol dairəsi) Neapol dairəsi, ev 2
Favorit Azadliq pr-ti 157 Səbət (Nərimanov) Təbriz, 93
Fresco (Jale Plaza) Ş.Əzizbeyov, Kərpic küç Serham Isamyilov, 5
Tayqa 2 S.Bəhlulzadə, 35 Sərq Şirniyyatı Q.Qarayev, 61
Yolüstü Bakıxanov, 949 Sum Market Sumqayıt, 9 mkr
Zövq Q.Qarayev 70    




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir