Search
fransua_olland_120514

Fransua Olland: Azərbaycanın inkişafı region ölkələrinə nümunə ola bilər

Azərbaycanın inkişafı region ölkələri üçün nümunə ola bilər.

Bu barədə  Fransa Prezidenti Fransua Olland Bakıda Azərbaycan-Fransa biznes forumunda çıxış edərkən bildirib.

Fransa Prezidenti deyib: “Mən ilk olaraq siyasi və digər mühüm məsələləri müzakirə etmək niyyətində idim, lakin eyni zamanda, ikitərəfli əməkdaşlığın perspektivləri və yeni istiqamətləri də ən mühüm məsələlərdən biridir. Biz qarşılıqlı əməkdaşlığın daimi inkişafına töhfə verə biləcək strategiya müəyyən etməliyik”.

Fransua Ollandın sözlərinə görə, Azərbaycanın inkişafı adi gözlə görünür: “Azərbaycan xeyli sayda uğurlara nail olub. Siz enerji, eləcə də nəqliyyat, inşaat sektorlarına, infrastrukturun inkişafına investisiyalar cəlb edə bilmisiniz ki, bu da bütün regiona və hətta bütün dünyaya nümunə ola bilər”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir