Search
2843376

Səmra Rəhimli “Eurovision-2016″nın final mərhələsinə keçib – VİDEO

Azərbaycanı İsveçin paytaxtı Stokholm şəhərində keçirilən “Eurovision-2016” mahnı müsabiqəsində təmsil edən Səmra Rəhimli finala vəsiqə qazanıb.

Səmra Rəhimli SMS-səsverməsi əsasında yarımfinalçılar arasında tamaşaçıların rəğbətini qazanaraq finala çıxan ilk iştirakçı olub.

Azərbaycan təmsilçisi ilə yanaşı ilk yarımfinaldan finala Rusiya, Niderland, Macarıstan, Xorvatiya, Avstriya, Çexiya, Kipr və Malta da vəsiqə qazanıb.

Daha 10 finalçı mayın 12-də keçiriləcək ikinci yarımfinal günü müəyyənləşəcək. Final konserti şənbə günü, 14 may tarixində baş tutacaq.

İlk yarımfinalda “Miracle” (Möcüzə) mahnısını ifa edən Səmra Rəhimli səhnəyə 14-cü çıxıb. Səhnədə onunla yanaşı 4 rəqqas və bir bek-vokalçı olub. Azərbaycanlı müsabiqə iştirakçısının çıxışı möhtəşəm pirotexniki effektlə müşayiət olunub.

Mənbə: Report

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir