Search
488911_480455

Respublikada ilk olaraq Bakı şəhəri ətrafında PIKNIK ZONASI açıldı – FOTO

Yeni yay turizm mövsümündən etibarən Bakı yaxınlığında “Qobulənd” istirahət mərkəzi fəaliyyətə başlayır.

Azərbaycanda turizm sektorunun inkişafı üçün atılan addımlar, dövlət dəstəyi, bu sahədə fəaliyyət göstərən iş adamlarını yeni ideyalar və yeniliklər tətbiq etməyə həvəsləndirib. Nəticədə ölkə vətəndaşlarına daha sərfəli və innovativ xidmətlər təklif edilir.

Yeni yay turizm mövsümündən etibarən Bakı yaxınlığında –  Bakı-Şamaxı yolunun Qobustan rayonu ərazisində ölkədə ilk dəfə olaraq piknik zonası işə düşüb. “Qobulənd” istirahət mərkəzinin ərazisində fəaliyyət göstərən istirahət zonası ailəvi və qrup formasında istirahəti sevənlər üçün nəzərdə tutulub.

İstirahət mərkəzinin ərazisində vətəndaşların öz istirahətlərini mənalı və yaddaqalan keçirməsi üçün bütün şərait yaradılıb. Burada otel, restoran, uşaq əyləncə meydançaları, göl, balıq tutmaq üçün şərait var. İstirahət zonasının fərqli xüsusiyyəti burada piknik zonasının yaradılmasıdır.

Belə ki, mərkəzin qonaqları restoranın xidmətlərindən istifadə etmədən ərazidə öz məhsullarını bişirə və lazımi ləvazimatları icarəyə götürməklə otura bilər. Göldən balıq tutmaq istəyənlər üçün də hər şərait mövcuddur.

Bundan əlavə piknik zonasında müxtəlif əyləncə növlərindən istifadə etmək olar. Burada göldə katamaran, ərazidə velosiped sürmək, kartinq, qolf və elektrik avtomobilləri ilə gəzinti mümkündür. Piknik zonasında şeytan çarxı attraksionu, voleybol meydançası və tennis, bilyard stolları da ixtiyarınızdadır.

Təşkilatçılar bildirir ki, “Qobulənd” istirahət mərkəzində istirahət, ailəvi və dostları ilə birgə səyahəti xoşlayanlar, eləcə də qrup şəklində istirahət etməyə üstünlük verənlər üçün çox sərfəlidir. Bakıdan uzaqda olmadığı üçün bura minik avtomobili ilə asanlıqla çatmaq olar. Minik avtomobili olmayanlar istirahət mərkəzinə minimum ödənişlə qrup şəkilində avtobuslarla gələ bilərlər.

Oxu.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir