Search
FactCheckArmeniaBillboard11-e1464935156703

Qondarma ”erməni soyqırımı”nı tanıyan ölkələr – SİYAHI

Almaniya bundestaqının qondarma “erməni genosidi”ni tanımağa dair qəbul etdiyi qərardan sonra indiyədək nə qədər ölkənin analoji sənəd qəbul etdiyi maraqlıdır. Ortaya çıxır ki, bu dövlətlərin sayı 30-a çatmır. Bununla belə, ABŞ dövlətini təşkil edən ştatlar da “erməni genosidi”ni tanıyıblar, ancaq onlar müstəqil dövlətlər olmadığından aşağıda verəcəyimiz siyahıya ABŞ-ın tərkibində daxildirlər.

2011-ci ildə qondarma “erməni soyqırımı”nı tanıyan ölkələrin siyahısını təqdim edir. O vaxtdan bəri bu istiqamətdə ciddi dəyişikliklər olmayıb. Ancaq bu siyahı heç də balaca deyil…

Beləliklə, həmin ölkələr:

İsveç parlamenti – 12 mart 2010-cu ildə düzənlənən səsvermə ilə 1915-ci hadisələrini “soyqırımı” olaraq tanıyıb.

Uruquay – 1965, 2004, 2005-ci illər olmaq üzrə üç dəfə qondarma “erməni soyqırımı” iddialarını qəbul edib.

Yunan Kipri – 1982-ci ildə “soyqırımı” iddialarını qəbul edib.

Amerika Birləşmiş Ştatları – ABŞ-ın 41 ştatında “erməni soyqırımı”nın olduğu qəbul edilib. Əsasız “soyqırımı” tanıyan ştatlar: Alyaska, Arizona, Arkansas, Kaliforniya, Kolorado, Kentukki, Konnektikut, Delaver, Florida, Corciya, Cənub Karolina, Aydaho, İllinoys, Kanzas, Şimal Dakota, Şimal Karolina, Luiziana, Men, Merilend, Massaçusetts, Miçiqan, Minnesota, Missuri, Montana, Nebraska, Nevada, Nyu Hempşir, Nyu Cersi, Nyu Mexiko, Nyu York, Ohayo, Oklahoma, Oreqon, Pensilvanya, Rod Aylend, Tennessi, Yuta, Vaşinqton, Vermont, Virciniya, Viskonsin.

Argentina – “erməni soyqırımı”nı tanıma qanunu 1985-ci ildə qəbul edilib.

Rusiya – əvvəl 1995-ci ilə, sonra da 2005-ci ildə “soyqırımı” qəbul edib.

Kanada – 1996, 2000 və 2004-cü illərdı qondarma sənəd gündəmə çıxarılıb və hər üçündə də qəbul edilib.

Yunanıstan – 1996-cı ildə “soyqırımı” tanıyıb.

Livan – Livanda yaşayan erməni lobbisinin gərgin səyləri nəticəsində 1997-ci ildə və 2000-ci ildə “soyqırımı” tanınıb.

Belçika – 1998-ci ildə qondarma “erməni soyqırımı”nı tanıyıb.

İtaliya – 2000-ci ildə ermənilərin “soyqırımı”na uğradığını qəbul edib.

Vatikan – İtaliya ilə eyni ildə, 2000-ci ildə əsassız iddianı tanıyıb.

Fransa – 1998-ci ildə “erməni soyqırımı”nı tanıyıb. Fransada sözdə “erməni soyqırımı”nı rədd etmək cinayət sayılır.

İsveçrə – “soyqırımı” iddialarını 2003-cü ildə qəbul edib.

Slovakiya – 2004-cü ildə “erməni soyqırımı”nı tanıyıb.

Hollandiya – 2004-cü iləd erməni issialarını qəbul edib.

Polşa – 2005-ci ildə qəbul edib.

Almaniya – 2005-ci iləd qəbul edin.

Venesuela – 2005-ci iləd qəbul edib.

Litva – 2005-ci ildə qəbul edib.

Çili – 2007-ci ildə qəbul edib.

Birləşmiş Krallığa daxil olan Uels, Şotlandiya və Şimal İrlandiya – 1915-ci il hadisələrini “soyqırımı” olaraq qəbul ediblər.

Qondarma “erməni soyqırımı”nı qəbul edən təşkilatlar:

BMT-nin Ayrı-seçkiliyin Önlənməsi və Azlıqların Qorunması Alt Komissiyası

Avropa Şurası

Avropa Parlamenti

Dünya Kilsələr Şurası

İnsan Haqları Dərnəyi

YMCA Avropa Birliyi

“Permanent Peoples” Tribunal..

Görək, bu siyahıya düşən nöbtəi ölkə və ya təşkilat hansı olacaq?

Mənbə: Modern.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir