Search
8450f1f2-c1e2-416d-9487-e13be068815c

Qazaxda sahibkarlar üçün treninq keçirilib

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Qazaxda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib.

Treninqdə iştirakçılara biznesin növləri və təşkilati-hüquqi formaları, biznes mühiti, biznesin planlaşdırılması, insan resurslarının səmərəli idarə olunması və s. barədə ətraflı məlumat verilib.

Bununla yanaşı, tədbirdə İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Treninq çərçivəsində mövzu üzrə təqdimat keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir