Search
photo_10883

Dünyanın virus biznesi, yoxsa insanlığa qarşı cinayət?

Bəşəriyyətin üzləşdiyi quş qripi, donuz qripi, ebola virusu və zika virusu dünya gündəmindən düşməyən viruslar siyahısındadır. Üstəlik  bu viruslar dünyada xof yaradıb və minlərlə dərman preparatlarının satışına da ciddi təsir edib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, “Hər qış dünyada on milyonlarla insan qripə yoluxur. Hər il isə dünyada yüz minlərlə insan bu xəstəlik nəticəsində dünyasını dəyişir. Lakin hətta inkişaf etmiş ölkələrdə belə ölən insanların qripdən, yoxsa qripə bənzər digər xəstəlikdən öldüyünə dair dəqiq statistika aparılmır.”

2009-cu ildə “Şpigel” jurnalının araşdırmalarına görə,  dünya səviyyəsində bu viruslar həyacanla qarşılanıb və dövlətlər virusun yayılmasının qarşısını almaq üçün xüsusi peyvəndlər, dərman preparatları almağa başlayıblar. Hətta, Ümumdünya Səhiyyə Təşkilatının ekspertlərinin  “dünyada 2 milyon insan qrip epidemiyasından ölə bilər” proqnozu dərman sənayesinə çox yaxşı təsir göstərib.

Deməli, ekspertlərin yersiz təlaşı dünyada dərman bazarını canlandırıb. Nəticədə, virus və qrip əleyhinə dərman preparatlarının qiyməti qalxıb.

Əsassız proqnozlar:

Dünyada tibb sahəsində verdiyi açıqlamalar ilə məşhur olan həkim Leonard Horovits hesab edir ki, ÜST-nın verdiyi proqnozların  heç bir əsası yoxdur. İnsanlar o qədər də bu xəstəlikdən təsirlənməyiblər.  Həkim ekspert bu qənaətə donuz qripinin “insanlığa qarşı bioloji təhlükə” olduğu üzərində apardığı araşdırmalar nəticəsində gəlib.

Həkim-mikrobioloq  həmçinin qeyd edib ki, 2009-cu illərdə ABŞ-da donuz qripindən 18000 insan ölüb. Ekspertlər  bu faktdan faciə yaradaraq fantastik proqnozlar verməyə başlayıb. “ABŞ  ölənlərin çoxunun narkoman və immuniteti zəif olanlardan ibarət olduğunu gizləyib”.

“QİÇS və Ebola virusunu ABŞ qəsdən yaradıb”

Leonard Horovits keçmiş diş həkimi, anti-vakser və “təbii dərmanların təbliğatçısı”dır. Alimlər onun açıqlamalarına o qədər də məhəl qoymurlar. Buna baxmayaraq Horovitsin açıqlamaları dünyaya kifayət qədər səs salmışdır.Horovitsə görə, QİÇS və Ebola virusunu ABŞ hökuməti bilərəkdən yaymışdır və bu onun provakasiyasıdır.  Horovitsin bu iddiası qaradərili rəhbərlərin dərman vaksinlərini boykot etməsinə səbəb olmuşdur.

Leonard Horovits Əl-Cəzirə kanalına müsahibə verərkən qeyd etmişdir ki, H1N1 virusu müsəlman aləmini yer üzündən silməyə qarşı yönəlmiş planın bir hissəsidir. Jurnalistlər bu məsələni həmişə diqqətdə saxlamalıdırlar.

Virusun yaranması ilə peyvənd bazarında canlanma:

Tarixi qaynaqlara görə, qripə qarşə peyvənd 1944-cü ildə ABŞ-da  kəşf olunub. Hal-hazırda isə  qripə qarşı daha güclü vasitələrin hazırlanması üçün molekul səviyyəsində tədqiqatlar aparılır. Tarix boyu qrip virusunun qarşısını almaq üçün müxtəlif cür preparatlar hazırlamışlar. Bunların heç biri virusu tam müalicə etməyə nail olmayıb.

Tibb məsələləri üzrə ekpert Adil Qeybullanın fikrincə,  hər streotipin öz peyvəndi olmalıdır. “Bir  steorotipdə olan peyvənd digərinə getmir. Yəni bir virusun peyvəndi ancaq o virusun əlamətlərini yüngülləşdirməyə xidmət edir”.

Ekspertin dediyindən belə çıxır ki, hər yayılan virusun öz müalicə üsulları, profilaktikası və dərman preparatları vardır. Hələ ki virusa birbaşa təsir edən dərman vasitələri yoxdur”.

“21-ci əsri “difterius” əsri adlandırmaq olar”.

Tibbi ekspert qeyd edir ki, dünyanın virusa qarşı apardığı mübarizə öz bəhrəsini verir. “Əks halda infeksiyalar geniş bir ərealı əhatə edər, çoxlu insan tələfatı ilə nəticələnərdi. Hesab edirəm ki,  “21-ci əsri difterius əsri”- “virus əsri” kimi adlandırmaq olar”.

Hər gün yeni virusların ortaya çıxmasına hazır olmaq lazımdır. Ekspertin fikrincə, virusların yayılmasının qarşısını almaq üçün lazım olan karantin tədbirlərini vaxtında etmək, əhalini maarifləndirmək, ölkəyə daxil olunmasının qarşısını almaq üçün bütün mümkün olan bütün  tədbirlər görülməlidir ki, problem tez həll olunsun.

Son günlərin təhlükəli viruslarının yaranma tarixinə və yayılma coğrafiyasına aydınlıq gətirərkən maraqlı nəticələr üzə çıxır.

Təhlükəli viruslar nəyə görə məhz inkişaf etməmiş ölkələrdə daha çox yayılır?

“Donuz qripi”nə ilk dəfə 2008-ci ilin aprelində Meksikanın La-Qloriya kəndində yaşayan beş yaşlı oğlan Edqar Ernandes donuz ferması yaxınlığında yoluxub.

Həmin vaxtdan dünyanın 135 ölkəsində 134 mindən çox adam bu qripə tutulub ki, onların da 700 nəfərdən çoxu dünyasını dəyişib. Xəstələrin sayı ABŞ, Meksika, Kanada Böyük Britaniya, Çili və Avstraliyada daha çox olub.

“Donuz qripi”nə qarşı hələlik heç bir peyvənd yoxdur. İndi Dünya Sağlamlıq Təşkilatı bu peyvəndi hazırlamaqla məşğuldur.

“Ebola” virusuna ilk yoluxma faktı isə 1976-cı ildə indiki Konqo Demokratik Respublikasında aşkar edilib. Yeni epidemiyaya Ebola çayının adı verilib. Epidemiya, əsasən Mərkəzi və Qərbi Afrikanın tropik meşələrə yaxın kənd ərazilərində yayılmağa başlayıb. Sonuncu yayılma dalğası isə 2014-cü ilin martından etibarən Qərbi Afrika, xüsusilə Qvineya, Sierra Leone və Liberiyada başlanıb.

“Ebola” virusu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən “bəşər tarixinin ən qəddar virus xəstəliyi” adını alıb. “Ebola” virusuna qarşı hələlik heç bir təsdiq edilmiş peyvənd növü mövcud deyil.

Hal-hazırda bəşəriyyətin qarşısında aciz qaldığı viruslardan biri olan zika vurusu isə 1947-ci ildə ilk dəfə Uqanda da meymunlar arasında müşahidə edilib.  2015-ci ildən isə ağcaqanadlar vasitəsilə Braziliyadan bütün dünyaya sürətlə yayılmağa başlayıb. Mütəxəssislər hələ də bu virusun qarşısını almaq üçün yollar axtarırlar.

Göründüyü kimi virusların yaranma dalğası zəif inkişaf etmiş ölkələrdən başlayır. Tibbi ekspert Adil Qeybullanın fikrincə, hər hansı bir virusu yaratmaq cinayətdir. “Mən düşünmürəm ki, virusun yaranmasında güclü dövlətlərin hansısa maraqları olsun və ya zəif inkişaf etmiş ölkələrdə əhalinin azalmasına yönəlmiş bir addım kimi atılsın. Dünyanı sarsan, minlərlə əhalinin ölümünə səbəb olan viruslar inkişaf etmiş ölkələrdə də yayılmışdır. Sadəcə olaraq, zəif inkişaf etmiş ölkələrdə yaşayış səviyyəsi aşağıdır, əhalinin tibbi bilgisi azdır, yetərincə profilaktik tədbirlər görülmür deyə  viruslar həmin ölkələrdə daha sürətlə və tez yayılmağa başlayır”.

Mənbə: Eurasiadiary




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir