Search
bank_respublika

“Bank Respublika”dan yeni əmanət kampaniyası

“Bank Respublika” fevralın 15-dən yeni “Yığım əmanəti” məhsulunu təklif edir.

Bankdan verilən məlumata görə, bu gündən etibarən istənilən şəxs minimum 200 AZN ilkin mədaxil edərək bankın filiallarında yığım əmanəti üçün hesab aça bilər. 3 (6 faiz), 6 (8 faiz) və 12 (8 faiz) aylıq müddətə açılan “Yığım əmanəti”ni hazırda manatla yerləşdirmək mümkündür. Eyni zamanda, əmanətin məbləği istənilən vaxt və istənilən məbləğdə artırıla bilər. “Yığım əmanəti” üzrə faizlər müddətin sonunda ödənilir. Bu depozit növünün maksimal limiti yoxdur, lakin faizlərin hesablanması üçün maksimal məbləğ 50 min AZN təyin edilib.

Yeni məhsulun üstünlüyü ondadır ki, əmanət üzərinə əlavə məbləği uyğun olan vaxtda, bank ofisinə gəlmədən MilliÖN və e-Manat terminallarından, həmçinin bankim.az səhifəsində fasiləsiz xidmət göstərən “İnternet şöbəsi” vasitəsilə mədaxil etmək mümkündür.

“Bank Respublika” “Əmanətlərin sığortalanması haqqında” dövlət qanununa əsasən yaradılmış Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Bankda yerləşdirilmiş əhalinin əmanətləri Fondun şərtlərinə əsasən sığortalanır.

AZƏRTAC




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir