Search
thumb_20160303113506499

“PAŞA Bank” xidmət dairəsini genişləndirir

“PAŞA Bank” əsas Biznes-mərkəzlərində kiçik və orta sahibkarlıq (KOS) müştərilərinə xidmət göstərməyə başlayır 

PAŞA Bankın yeni “Baş Ofis” mərkəzinin istismara verilməsi, fəaliyyətin optimallaşdırılması və xidmətin operativliyinin artırılması çərçivəsindəBank kiçik və orta sahibkarlıq müştərilərinə xidməti Bankın əsas Biznes-mərkəzlərinə keçirir.

Beləliklə, Bankın 4 şöbəsinin (“Gənclik”, “Nərimanov”, “Mikrorayon”, “Xalqlar dostluğu”) bu kateqoriyadan olan müştərilərə xidmət göstərilməsi üzrə funksiyaları Bankın aşağıdakı ünvanlarda yerləşən əsas Biznes-mərkəzlərinə yönəldilib:

“Baş Ofis” Biznes Mərkəzi

Yusif Məmmədəliyev küç.,15
Bakı, AZ1005, Azərbaycan

“Bridge Plaza” Biznes Mərkəzi

Bakixanov küç. 6
Bakı, AZ1065, Azərbaycan

“Port Baku” Biznes Mərkəzi

Neftçilər pr. 153
Bakı, AZ1010, Azərbaycan

“Şüvəlan” Biznes Mərkəzi

Şüvəlan qəs., A. İldırım küç.68,
Bakı, AZ1150, Azərbaycan

PAŞA Bank – Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə dəkreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri.Baş ofis və6 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 400çox əməkdaş çalışır. “Europe Banking Awards” 2011, 2012, 2013 çərçivəsində Bank “Azərbaycanın ən yaxşı İnvestisiya Bankı” elan olunmuşdur, 2013-2014-cü illərdə isə “World Finance” tərəfindən “Best Private Bank in Azerbaijan”adınalayiq görülmüşdür.

PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.

www.pashabank.az 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir