Search
Calendar

6 iyun təqvimdə

1761-ci il. Böyük rus alimi Mixail Lomonosov apardığı tədqiqatlar zamanı Venera planetində atmosferin olduğunu aşkar edib.

1801-ci il. Portuqaliya ilə İspaniya və Fransa arasında baş verən, tarixə “Portağallar müharibəsi” adı ilə düşən müharibə sona çatıb. Müharibə Portuqaliyanın məğlubiyyəti ilə nəticələnib və Badaxos sülh müqaviləsi imzalanıb.

1799-cu il. Dahi rus şairi, dramaturq və nasiri, rus ədəbi dilinin reformatoru, müasir rus ədəbiyyatının banisi Aleksandr Puşkin (1799-1837) anadan olub. Puşkinin adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

1850-ci il. Alman əsilli iş adamı Levi Strauss hazırda dünyada “Levi’s” adı ilə məşhur olan ilk mavi cins geyimləri hazırlayıb.

Mənbə: Azərtac


TAG


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir