Search
Parabank_logo_230511

“Parabank”da vakansiya

Kreditlər üzrə Qrup rəhbəri

Tələblər:

o Kişi cinsinin nümayəndəsi olmalı;
o Yaş həddi 35 yaşa qədər;
o İqtisadiyyat sahəsində ali təhsilin olması;
o Hərbi biletinin olması
o Azərbaycan dili mükəmməl, Rus dili orta səviyyədən yüksək olmalı;
o Bank sahəsində (sırf kredit verilişində) minimum 3 il təcrübəsinin olması
o  Müştəri xidmətini ilə bağlı (əməliyyat və kredit sahəsi) bütün növ təlimlər üzrə biliklərə malik olmalı;
o Texniki təchizatla bağlı olan ləvazimatlardan istifadə etmə bacarığı;
o Müvafiq proqram təminatları, iş və riyazi təfəkkür qabiliyyəti;
o Karyer plana uyğun öz kriteriyası üzrə ümumi bilik səviyyəsinə malik olmalı;

Vəzifə öhdəlikləri:

• Banka müraciət edən müştərilərə onları maraqlandıran bütün suallar ətrafında geniş məlumat vermək , bankın ümumi xeyri naminə müştəriyə yüksək səviyyəli xidmət göstərmək , müştərinin bank seçimində yanılmadığına inanmasını təmin etmək;
• Qrup işçiləri tərəfindən daxili nizam-intizam qaydalarına, Baş bank tərəfindən qəbul edilmiş daxili prosedurların icrasına nəzarət edir.
• Qrup üzvlərinin  kredit portfelini təhlil edir, yaranmış problemlərin aradan qaldırılması üçün qəbul olunmuş prosedur qaydalarına uyğun tədbirlər görür.
• Filialın hədəf planının qrupa  aid olan hissəsini yerinə yetirilməsinə görə məsuliyyət daşımalı;
• Supervision –larda iştirak edir və tam məsuliyyət daşiyir;
• Filialın yekun hədəf portfelinin yerinə yetirilməsi ilə bağlı hesabat hazırlayır;
• Verdiyi kreditlərdə filial müdiri, müdir müavini tərəfindən əvvəlcədən baxış keçirilməli;
• Ödənişlərə nəzarət edir və gecikmə olduğu təqdirdə dərhal həlli üçün zəruri səylər göstərir;
• Risklərin İdarəedilməsi komitəsinin müəyyən etdiyi kredit portfelini toplamalı;;
• Kredit komitəsinə çıxarılmış kreditlərin düzgün təhlilinə görə tam məsuliyyət daşıyır;.
• Kredit sifarişinin tam  təhlili (sənədlər və baxış əsasında)
• Kredit dosyesinin tam hazırlanması və kreditin  verilməsi;
• Verilmiş kreditin ödənilməsinə nəzarət edilməsi, monitorinq aparılması ;
• Bankın göstərdiyi bütün növ xidmətlər haqqında biliyin olması;

CV-ləri Qrup rəhbəri mövzusu ilə vakansiya@parabank.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir