Search
build-your-own-business-1-728

Diqqət! Əhaliyə 6 milyon pul paylanacaq.

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, əhalinin özünüməşğulluğunun təmin olunması məqsədi ilə qərara alıram:

1. Əhalinin özünüməşğulluğuna kömək göstərilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 6,0 (altı) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.”

Əhalinin özünüməşğulluğuna kömək göstərilməsi dedikdə bu sosial yardımın daha alternativ kanalla vətəndaşlara çatdırılmasıdır. Belə ki vətəndaş sosial yardımı nəğd pul şəklində alaraq vəsaiti istehlakına xərcləməyəcək. Bu vəsait aztəminatlı ailələrin kiçik biznes vəya təsərrüfatının qurulmasında başlanğıc kapital olaraq investisiya ediləcəkdir. Bu isə öz növbəsində vətəndaşın daimi qazanc mənbəyinə çevriləcəkdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir