Search
ofis i.,isi

Ofis işçiləri təhlükədə: oturduğun yerdə ölümü gözləməyin!

 

Günümüzün çoxunu dörd divar arasında, qapalı, hətta bəlkə də havasız bir şəraitdə keçiririk. İşimizlə əlaqədar olaraq kompüterlə çalışır və ofis şəraitində oturaraq çörək pulumuzu qazanırıq. Nahar saatlarında fasilə etmədən işləmək və hərəkətsiz olmaq özü ilə bərabər bir çox xəstəlik gətirir. Bu səbəbdən ABŞ araşdırmaçıları bu problemin yeni həll yolunu axtarmağa başlayıblar.

KreditXəbər  ailem.az-a istinadən məlumatına görə, ABŞ-da aparılan bir araşdırma saatlarla hərəkətsiz şəkildə masa arxasında oturub işləməyin bir çox xəstəliyə, hətta erkən ölümə səbəb olduğunu ortaya çıxarıb.

Araşdırmaya görə, gündə 8-11 saat oturaraq işləyənlərdə ölüm riski, 4 saatdan az işləyənlərə görə yüzdə 15-40 daha artıqdır.

Araşdırmaçılar, masa arxasında oturaraq işləməyin bel ağrısı, əzələ degenerasiyası, ürək, şəkər xəstəliyi, sütun xərçənginə yol aça biləcəyini qeyd ediblər.

Hətta bütün günü masa arxasında oturaraq işləyib yorulan, evə gedərkən dincəlmək üçün uzanan insanlar, bunun çox qorxunc ölümə işarə olduğunu mütləq bilməlidirlər.

Artıq ABŞ-da bu problemə həll yolu tapılıb.

3 əsr bundan əvvəl Tomas Cefferson tərəfindən əsası qoyulan ayaq üstə işləmək tərzi yenidən mənimsənilməyə başlayıb. Hazırda ABŞ-da insanları gözləyən bu ölüm təhlükəsindən xilas etmək üçün iş yerlərində hündür iş masalarından istifadə edilir. Həmin iş masalarını hazırlayan firma işçilər çox ayaq üstə qalmasın deyə, onlara uyğun oturacaqlar da hazırlayıb. Məqsəd isə həmişə oturaraq işləmək vərdişindən əl çəkməyə nail olmaqdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir