photo_90837

Sinqapurda qeyri-adi otel inşa olunacaq – FOTOLAR

Sinqapurda qeyri-adi otel tikiləcək. Otelin fasadı şaquli bağla örtüləcək, mərtəbələr arasındakı meydançalarda isə müxtəlif növ bitkilər əkiləcək.

“Oasia Hotel Downtown” oteli meqapolisdə əlavə istirahət zonaları yaradacaq, eləcə də rayonun ekologiyasına müsbət təsir edəcək. Tək belə göydələndə olan yaşıllığın 10 ətraf binanın yerləşdiyi ərazidə yaşıllığın olmamasını kompensasiya edəcəyi gözlənilir. Qırmızı rəngli alüminium şəbəkədə 21 növ liana olacaq, bu isə əlverişli mühit yaradacaq, quş və həşəratları qida ilə təmin edəcək.

Otelin ümumi ərazisi 19416 kvadrat metr təşkil edəcək. Binada bir neçə belə bağ salınacaq. Burada özünəməxsus açıq park zonaları olacaq, qonaqlar kondisionerli qapalı məkanların əvəzinə açıq havada istirahət edə biləcəklər.

Sinqapurda qeyri-adi otel inşa olunacaq

Sinqapurda qeyri-adi otel inşa olunacaq

Sinqapurda qeyri-adi otel inşa olunacaq

Sinqapurda qeyri-adi otel inşa olunacaq

Sinqapurda qeyri-adi otel inşa olunacaq
Sinqapurda qeyri-adi otel inşa olunacaq

buro247.az



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir