Search
af74fee79c7a8cff3bacaef9b6f751f1

“Nikoyl Bank” kollektivi qanvermə aksiyası keçirib

Bugün “Nikoyl Bank”ın baş ofisində 1 iyun – Beynəlxalq uşaqların müdafiəsi gününə həsr olunmuş ənənəvi xeyriyyə qanvermə aksiyası keçirilib.

Bankdan verilən xəbərə görə, İdarə Heyətinin sədri Vasiliy Xamaza başda olmaqla, aksiyada “Nikoyl Bank”ın həm baş ofisinin, həm də paytaxt filiallarının əməkdaşları iştirak ediblər.

3a929d2ecdd263297ac4b13a914baa80

Artıq 10 ildən çoxdur ki, “Nikoyl Bank” fəxri donor adını daşıyır və bankın kollektivi müntəzəm olaraq bu və ya digər qlobal hadisələrə həsr olunan qanvermə aksiyalarında iştirak edir. “Nikoyl Bank”ın qanvermə ənənəsi 2006-cı ildən etibarən yaranıb və bankın korporativ sosial məsuliyyət layihəsi çərçivəsində keçirilir.

“Nikoyl Bank” İKB ASC əhaliyə milli və xarici valyutada  həyata keçirilən  hesablaşma,  kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. “Nikoyl Bank”ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür.

Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil

Mənbə: APA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir