Search
azerturk_bank_061115

Azər Türk Bank qanvermə aksiyası keçirəcək

 

Azər Türk Bank Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmış əsgər və zabitlərimizin müalicəsinə yardım məqsədilə qanvermə aksiyası keçirəcək. Aksiya Bankın Bakı şəhəri, C.Məmmədquluzadə küç. 85; 192/193 ünvanında yerləşən baş ofisində təşkil olunacaq. Bank əməkdaşları yaralanmış hərbi qulluqçularımızın müalicəsinə kömək məqsədilə qan verməklə ordumuza dəstək nümayiş etdirəcək. Azər Türk Bank döyüşlərdə şəhid olmuş bütün hərbçilərimizin yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralı döyüşçülərimizin tezliklə öz sağlamlıqlarına qovuşmasını arzulayır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir