Search
ateshgah bina

Müştəri sığorta şirkətindən narazi qalıb – ŞİKAYƏT

4 iyunda Xəzər rayonu ərazisində Anna Həmidovanın idarə elədiyi MG avtomobili qəzaya uğrayıb. Avtomobildə Anna Həmidovanın həyat yoldaşı Həmid Həmidov da olub.
Xoşbəxtlikdən ər-arvad yüngül zədələniblər. Həmid Həmidovun sözlərinə görə, qəzadan sonra anındaca Xəzər Rayon Yol Polisinə zəng edərək qəza barədə məlumat veriblər.

Həmid Həmidov qafqaznews.org-a bildirib ki: “Anna bərk qorxduğu üçün biz evə getdik. Bir saatdan sonra yoldaşım özünə gəldi, hadisə yerinə qayıtdıq və Yol polisini gözləməyə başladıq. Və avtomobilimiz “Atəşgah Sığorta”da sığortalandığı üçün 19:31-də şirkətin “Qaynar xəttinə” zəng edərək hadisə barədə məlumat verdik. Şirkətin əməkdaşları bildirdi ki, sizinlə əlaqə saxlayacağıq”.

Həmidovların dediyinə görə, yol polisinin əməkdaşları qəzanın səbəbini araşdırmaq üçün avtomobili aparmaq istədilər. Anna Həmidova bildirib ki: “Biz bildirdik ki, avtomobil sığortalı olduğu üçün şirkətin əməkdaşlarının baxışından sonra aparmaq olar. Yol polisinin əməkdaşları bizim xahişimizi eşitdilər. Və onlar bizim texpasportu və şəxsiyyət vəsiqəsini alaraq hadisə yerini tərk etdilər”. Həmidovların dediyinə görə, “Atəşgah Sığorta”nın əməkdaşları ancaq səhər saat 10-da gəliblər.

Anna Həmidova müxbirimizə bildirib ki: “Onlar avtomobilin şəkilin çəkdilər. Onların başçısı İltimas adı əməkdaş idi. Familiyasını deməkdən imtina elədi. İltimas bizi şirkətin ofisinə gətirdi. Qəza yerində baş verənlərlə bağlı detallı sorğu oldu və bütün söhbət videoya çəkildi. Söhbətin sonunda İltimas bildirdi ki, hər şey qaydasındadı və sizinlə əlaqə saxlayıb dəymiş ziyanı ödəyəcəyik. Sonra biz yol polisində alkotestdən keçdik. Məlum oldu ki, qəza vaxtı biz içkili olmamışıq”.

Uzun müddət sığorta şirkətindən cavab gəlmədiyi üçün ər-arvad 4 aydan sonra özləri şirkətə müraciət edirlər. Onlara şirkətin departament rəisi Vüqar Süleymanovun imzası ilə məktub təqdim olunur.
Məktubda qeyd olunur ki, ər-arvad sığorta şirkətinə xəbər vermədən hadisə yerini tərk ediblər və hadisə barədə 4-5 saat sonra məlumat veriblər. Məktubda o da qeyd olunur ki, guya ər-arvad bu barədə şirkətin əməkdaşları ilə söhbətdə özləri etiraf ediblər.

Vüqar Süleymanovun sözlərinə görə, guya Həmidovlar öz hərəkətləri ilə şirkətin əməkdaşlarının fəaliyyətinə əngəl yaradıblar. Yəni Mülki məcəllənin 925-ci maddəsinə görə sığorta şirkətinin müştərisi sığorta olunmuş əmlakı sığortaçıya sığorta hadisəsindən sonrakı vəziyyətdə təqdim etməlidir.

Belə olmadıqda bu dəymiş zərərin ödənilməsindən imtina etməyə şirkətə əsas verir.
Departament müdirinin məktubu aşağıdakı ifadə ilə bitir: “ Yuxarıda deyilənləri nəzərə alaraq sığorta şirkəti Anna Həmidovaya sığorta güzəşti verməkdən imtina etməklə bağlı qərar çıxardı”.
Həmid Həmidov bildirib ki: “ Vüqar Süleymanovun dedikləri həqiqətə uyğun deyil. Biz polisə anındaca zəng eləmişik. Sığorta şirkətinə isə 4-5 saat sonra deyil, hadisədən 2 saat sonra zəng eləmişik. Biz haqlı olduğumuzu sübut eləmək üçün “Bakcell”dən bizim telefondan gedən zənglərin siyahısını götürmüşük və məhkəməyə təqdim edəcəyik”.

Biz “Atəşgah Sığorta” ilə də əlaqə saxladıq. Şirkətin şöbə müdiri İlkin Quliyev bildirdi ki: “ Sükanın arxasında olan Anna Həmidova şampan, əri isə pivə içiblər, bunu özləri etiraf ediblər. Düzdür, əvvəl Həmid Həmidov etiraf etmişdi ki, sükan arxasında o özü olub, sonrakı söhbətdə fikrini dəyişdi və dedi ki, sükan arxasında yoldaşı olub. Bütün bunlar bizdə videoyazıda var”.

Müxbirimizin “ Axı ər-arvad alkotestdən keçiblər və onların içkili olmadığı təsdiq olunub” sualına “Atəşgah Sığaorta”nın şöbə müdiri belə cavab verib: “ Onlar alkotestdən hadisədən 10 saatdan sonra keçiblər”.
Anna Həmidova isə bildirib ki, İ.Quliyevin dediklərinin həqiqətə uyğun olmadığını bildirib: “Nə mən, nə də həyat yoldaşım qəzadan öncə spirtli içki qəbul etməmişik və sükan arxasında həyat yoldaşımın əyləşməsi ilə bağlı deyilənlər də doğru deyil. Qoy videoçəkilişi bizə göstərsinlər”.

Xəzər rayon yol polisinin böyük inspektoru Ədalət Əhmədli də sığorta əməkdaşının dediklərinin yalan olduğunu bildirib: “ Həmidovlar alkotestdən 10 saat sonra deyil, 2 saat sonra keçiblər. Və Anna Həmidovanın sükan arxasında olduğunu ərinin sözlərinə görə deyil, ekspertizanın nəticələrinə və şahidlərin dediyinə görə qəbul etmişik. Və Həmidovlar yol polisinə 4-5 saat sonra deyil, 1 saat sonra zəng ediblər” (dia.az). fins.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir