Search
photo_16753

Müsəlman qadının dünyaya bəxş etdiyi 10 şedevr

Britaniyalı arxitektor, Bakıdakı Heydər Əliyev Mərkəzinin binasının memarı olmuş Zaha Hadid 65 yaşında dünyasını dəyişib.
İraq doğumlu olan Hadid Böyük Britaniyada yaşayırdı. O, Britaniya Arxitektorlarının Kral İnstitutundan qızıl medal almış ilk qadın memardır.
Onun dizaynı əsasında Britaniya, Honq Konq, Almaniya və Azərbaycan da daxil olmaqla dünyanın bir neçə ölkəsində möhtəşəm memarlıq abidələri tikilib. Romadakı XXI əsr milli incəsənət muzeyi, Londondakı Su Olimpiya İdman növləri Mərkəzi, Serpentin Sakler Qalereyası, Sinsinnatidəki Rozental müasir incəsənət Mərkəzi, Çindəki Quançjou Opera Teatrı, Qlazqodakı Nəqliyyat muzeyi və s. onun yaradıcılığının məhsuludur. Onun Bakıda inşa etdiyi Heydər Əliyev Mərkəzinin binası da öz dizaynı ilə görənləri heyran edir. Onun şedevr əsərlərini təqdim edirik:
 800@0
Londonun Su İdmanı Mərkəzi
Mərkəz 2011-ci ildə açılıb. İdman mərkəzi xüsusi olaraq Olimpiya oyunları üçün tikilib.
photo_16753
Heydər Əliyev Mərkəzi
Mərkəzin layihəsi 2007-ci ildə məşhur memar Zaha Hadid tərəfindən işlənib.
800@0 (1)
Adu-Dabidəki İncəsənət mərkəzi
Mərkəzin açılışı bu il Abu-Dabinin Səadət adasında olacaq.
800@0 (2)
Romada Müasir İncəsənət muzeyi MAXXI
Muzey 2010-cu ildə açılıb. Burada XX və XXI əsrlərin əsərləri, rəsmləri nümayiş etdirilir.
800@0 (3)
Vladislav Doroninin Rusiyadakı iqamətgahı
İqamətgah 2012-ci ildə tikilib
800@0 (4)
Avstriyanın İnsburk şəhərində xizək tramplini
Zaha Hadidin mədəniyyət və muzey mərkəzlərindən əlavə İnsburk dağlarında şedevrlərinə də rast gəlmək olar.
800@0 (5)
Vilnüs Ermitajı – Qugenhaym muzeyi
Muzey digər layihələrdən fərqlənir. Bina sanki uçur.
800@0 (6)
Madriddə mülki məhkəmə binası.
Bina hələ tikilməyib. Məhkəmənin damında çox sayda günəş batareyaları quraşdırılacaq.
800@0 (7)
Böyük Britaniyadakı Meqqi Kesvik adına xərçəng xəstəliklərinin müalicə mərkəzi
800@0 (8)
Moskvada “Dominion Tower” adlı biznes mərkəzi
Mənbə: Eurasiadiary



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir