Search
2cecc7ec61f1a78fc7a1753dd5d6b12e_XL

Müşahidə Şurasının sədr müavini təyin edilib

“PAŞA Bank” ASC-nin Türkiyədə törəmə qurumu olan “PASHA Yatırım Bankası”nın rəhbərliyində dəyişiklik olub. 

Törəmə bankının saytında verilən məlumata görə, Cəlal Qasımov Bankın Müşahidə Şurasının sədr müavini təyin edilib. Bundan əvvəl C.Qasımov Müşahidə Şurasının üzvü olub.

Xatırladaq ki, C.Qasımovdan əvvəl həmin vəzifəni S.Batu Aksoy icra edib.

Qeyd edək ki, hazırda Müşahidə Şurasının sədri Ağa Əli Kamalovdur.

Mənbə: Marja




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir