Search
COV_Iraq(1)

Müharibə olarsa bu dolların məzənnəsinə necə təsir edər ?

Hərbi hadisələr valyuta məzənnələrinə təsir edən faktorlardan biridir. Münaqişlərin olduğu və teror hadisələrin baş verdiyi ölkələrin təcrübəsi göstərir ki, hər bir hadisə ölkə valyutasının dəyərdən düşməsində özünü göstərə bilir.

Aprelin 2-si gecəsindən  cəbhə boyu mövqelərimizin və yaşayış məntəqələrimizin düşmən tərəfindən intensiv atəşə məruz qalmasından sonra artan gərginlik, ikinci Qarabağ müharibəsinin başlayacağı barədə narahatlıqları artırıb.

Müharibənin başlaması USD/AZN məzənnəsinə əsasən aşağıdakı  səbəblərdən təsir edə bilər:

1.Müharibənin aparılması böyük maliyyə vəsaiti tələb edir.  Silah və sursatın bir hissəsinin xaricdən alınması dövlətin dollara təlabatını artıracaqdır,

2. Səfərbərlik elan olunarsa, bəzi istehsal müəssisələrində istehsal ləngiyə bilər. Bu halda analoji məhsullar xaricdən idxal olunacaq və bu halda da Dollar kütləsi tələb olunur.

3. Yerli istehsal daha çox daxili təlabatı ödəməyə başlayacağından ixrac aşağı düşəcək və ölkəyə az da olsa bu yolla daxil olan valyutanın gəlməsi dayanacaqdır,

4. İnvestorlar müharibə səbəbindən ölkəyə sərmayə yatırmaq planlarını təxirə sala bilərlər. Bu da ölkəmizə valyuta daxil olmasının azalmasına öz təsirini göstərəcəkdir.

Əlbətə yuxarıda qeyd olunmayan səbəblərdən də dollar qalxa bilər.

Ümid edək ki,  Dağlıq Qarabağ münaqişəsi qısa müddət ərzində, sülh yolu ilə öz həllini tapacaq, müharibəyə, can və mal itkisinə səbəb olmayacaqdır.

Allah bütün şəhidlərimizə rəhmət etsin!

Mənbə: Marja




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir