Search
da7ca0f23a04a556787e8e12413d28f2_XL

“Muğanbank”ın səhmlərinin yerləşdirilməsinə başlanılır

“Bakı Fond Birjası” QSC-yə (BFB) “Muğanbank” ASC-nin adi adlı sənədsiz səhmlərinin qeyri-kotirovka vərəqəsinə salınmasıyla bağlı müraciət olunmuşdur.

Birjadan “Marja”ya daxil olmuş məlumata görə, 23 aprel 2014-cü il tarixindən etibarən BFB-də “Muğanbank” ASC-nin səhmlərinin yerləşdirilməsinə başlanılması nəzərdə tutulur.

Səhm emissiyanın həcmi 5 000 000 AZN təşkil edir. Emissiya çərçivəsində hər birinin nominal dəyəri 200 AZN olan 25 000 ədəd səhm buraxılıb.

Yerləşdirmənin anderrayteri “Texnika Kapital Menecment” MMC-dir.

Üstünlük hüququ müddətinin bitməsi tarixi 20 sentyabr 2014-cü il, yerləşdirmənin başa çatması tarixi isə 23 oktyabr 2014-cü il müəyyən olunub.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir