Search
Invest_3_web

Muğanbank “Muğan Çek” adlı tiraj keçirir

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin qərarına  və “Qiymətli kağızlar bazarı haqqında” qanuna uyğun olaraq “Muğanbank”ın emissiya etdiyi “Adsız istiqrazlar”-ın dövriyyəsi martın 15-dən dayandırılıb. Bu barədə bankın açıqlamasında bildirilir. Həmin gün “Muğanbank”ın Bakı şəhəri, Ə.Rəcəbli küç. 21 B ünvanında yerləşən baş ofisində “Adsız istiqrazlar”-ın sonuncu, 51-ci tirajı keçirilib. İstiqraz sahibləri istiqrazlarını sonuncu tiraj tarixindən 730 gün ərzində geri qaytara bilərlər.

Martın 16-dan isə “Muğanbank” yeni layihəyə start verib, “Muğan Çek” adlı məhsulu müştərilərinə təqdim edib. Bank tərəfindən 10 milyon manat dəyərində 200 min ədəd “Muğan Çek” dövriyyəyə buraxılıb.  Tirajda iştirak etmək üçün dəyəri 50 manat olan “Muğan Çek” almaq yetərlidir. “Muğan Çek” üzrə hər tirajın uduş fondu 87 500 manat, uduşlu çeklərin sayı isə 300 ədəd təşkil edəcək. Maksimal uduş məbləği 10 000 manatdır. Birinci tiraj 30 aprel 2016-cı il tarixində keçiriləcək. “Muğan Çek” sahiblərinə hər bir tiraj barədə məlumat veriləcək və istənilən şəxs Muğanbankın baş ofisinə gələrək tirajda iştirak edə biləcək. “Muğan Çek” dövriyyədə olduğu müddətdə çek  sahiblərinə hər təqvim ili ərzində 8 (səkkiz) uduş tirajları ilə müəyyən olunan uduşlar şəklində gəlirlər veriləcək. Tirajın keçirilməsi barədə (ünvan, tarix və saat göstərilməklə) tiraja azı 3 (üç) iş günü qalmış mətbuat orqanında və bankın rəsmi internet səhifəsində (www.muganbank.az) məlumat yerləşdiriləcəkdir. Uduş tirajının rəsmi cədvəli tiraj bitdikdən sonra mətbuat orqanlarında dərc ediləcəkdir. “Adsız İstiqrazlar”-ın sahibləri istiqrazları, heç bir əlavə xərc ödəmədən, baş ofis və filiallarda  “Muğan Çek”-lərə dəyişdirə bilərlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir