Search
photo_31426

Misir höküməti azərbaycanlı turistləri Misirə cəlb etmək üçün müzakirələr aparacaq – FOTOLAR

16 may tarixində Misir Turizm İdarəsi və Misir Otelyerlər Assosiasiyasının rəhbərləri Bakıda rəsmi səfərdə olacaq və turizm bazarının cari vəziyyəti, eləcə də bu sahə üzrə yeni təşəbbüslər barədə jurnalistlərə məlumat verərək, Misirin kurortlarındakı turizm xidmətlərinin keyfiyyət baxımından yeni imkanlarını təqdim edəcəklər.

Səfər çərçivəsində rəsmi nümayəndə heyəti ila yanaşı, Misirin 13 aparıcı turoperatoru da yerli turizm şirkətləri ilə səmərəli əməkdaşlıq əlaqələri qurmaq üçün Bakıya gələcək.

Statistik məlumatlara əsasən, son 60 il ərzində dünya üzrə turistlərin sayı il ərzində 25 milyon nəfərdən 1 milyard nəfərə qədər artımışdır. Bu saha durmadan inkişaf edir va hal-hazırda, yer kürəsində hər on bir nəfərdən biri turizm sektorunda çalışır. Ənənəvi olaraq, turizm sektoru Misir iqtisadiyyatında ən mühüm yerlərdən birini tutur, belə ki, 4 milyondan artıq misirli turizm sektorunda fəaliyyət göstərir va ölkənin ÜDM-nun təxminən 12%-i turizm sektorundan əldə   edilən gəlir hesabına formalaşır. Son 10 il ərzində Misiri ziyarət edən turistlərin sayı üç dəfə (5 milyon nəfərdən 15 milyon  nəfərə qədər), kurortda otel yerlərinin sayı isə 18 min otaqdan 280 min otağa qədər artmışdır (əlavə olaraq, 250 000 otağın istifadəyə verilmasi da planlaşdırılır).

Misir istirahat edənlərə qədim mədəniyyətin müasir kurort infrastrukturu ilə təkrarsız vəhdətini, bütün il ərzində əla hava şaraitini, bilavasitə kurortların yaxınlığında yerləşən bir neçə müasir hava limanına uçmaq imkanını, habelə müxtəlif kateqoriya və qiymət diapazonuna malik otellər arasında seçim etməyi təklif edən ən münasib və cəlbedici turizm istiqamətlərindən biridir. Cənubi Sina va Qırmızı dənizin sahilləri (Şarm-al-Şeyx şəhəri) turizm baxımından daha populyar regionlar hesab olunur va turizm axının 70%-i məhz bu bölgələrin payına düşür.

Azərbaycanlıların Misirdəki turizm imkanlarından faydalanması baxımından, Misir Turizm Nazirliyi va Misirin turoperatorları hər iki ölkə arasında səmərəli əməkdaşlığı davam etdirmək əzmindədirlər və bu gün Azərbaycanlı turistlərə yeni və yüksək keyfiyyətli cəlbedici turizm paketlərini taklif etməyə hazırdırlar. 2011-2013-cü illərdə Misirə səfər edən Azərbaycanlı turistlərin sayında müəyyən azalmadan sonra Azərbaycanlılar arasında Misir kurortlarının populyarlığı yenidən artmışdır, belə ki, son iki il ərzində Misiri minlərcə Azərbaycanlı ziyarət etmişdir. Dekabr, yanvar və mart ayları səyahət üçün daha populyar aylar hesab olunur. Kurortlara səfər etmək də çətin deyil – ən yaxın  zamanda Bakıdan birbaşa təyyarə reysinin açılması planlaşdırılır. Uçuş cəmi 4 saat davam edəcək və bir biletin qiyməti orta hesabla 350 ABŞ dolları təşkil edəcəkdir.

Azərbaycan və Misir arasında turizm sektoru üzrə əməkdaşlığa həsr olunmuş mətbuat konfransında aşağıdakı rəsmi şəxslərin çıxışı planlaşdırılır:

Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Süzan Muhammad Hamil, Misir Turizm İdarəsinin planlaşdırma Şöbəsinin rəhbəri nab Əhmad Şokri, Misirin Praqadakı Turizm İdarəsinin rəhbəri cənab Muhammad Desuki, Misir Otelyerlər Assosiasiyasının rəhbəri nab Əhmad  Əyyub və Misir Turizm Federasiyası Palatasının nümayəndələri nab  Əli Qonaym va cənab Adel əl-Haqar.

Mənbə: Eurasiadiary

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir