Search
Billboard

2015-ci ilin ən çox qazanan məhşurları – Billboard

Billboard jurnalı ənənəvi olaraq açıqladığı “İlin ən çox qazanan məhşurları” siyahısının növbətisini açıqladı.

Siyahının zirvəsində Pensilvaniyalı müğənni Taylor Swift var. 26 yaşlı müğənni 2015-ci ildə 73 milyon dollar gəlir əldə edib. İkinci yerdə isə Kenney Chesney var. O isə ötən il ərzində 40 milyon dollar pul qazanıb.

Həmin siyahını sizə təqdim edirik:

Taylor Swift – 73.5 milyon dollar

pcw2nex8llwixay5cxaa

2015-ci il Taylor Swift üçün dönüş nöqtəsi oldu. Julia Roberts, Mick Jagger, Joan Baez və Dwayne Wayde kimi məhşurlarla etdiyi “1989 World Tour’ adlı dünya turu sayəsində 61.7 milyon dollar qazandı. “1989” albomundan qazandığı 7.2 milyonla birlikdə keçən ilin ən çox qazananı oldu.

2. Kenney Chesney – 39.8 milyon dollar

2014-cü ildəki səssizliyinin ardından 2015-ci ildə “The Big Revival” turu ilə siyahıda ikinciliyə yüksəldi.

3. The Rolling Stones – 39.6 milyon dollar

“Satisfaction”dan 50 il, sonuncu turlarında isə 9 il sonra ilk dəfə Şimali Amerikanı gəzdikləri tur sayəsində 30 milyondan çox pul qazandılar.

4. Billy Joel – 31.7 milyon dollar

Billy Joel bütün gəlirini hər ay Madison Square Garden’də verdiyi canlı konsertlərdən qazandı.

5. One Direction – 24.2 milyon dollar

Keçən il Zayn Malik’in qrupdan ayrılmasına baxmayaraq “On The Road Again” adlı Amerika turuna çıxaraq 19.6 milyon dollar qazandılar. Təxminən 4 milyon dollarlıq gəlirləri isə albomlarda əldə ediblər.

6. Grateful Dead – 23.8 milyon dollar

Dijital satışları 114.000 dollar olsa da Fare Thee Well turundan əldə etdikləri gəlirlə siyahının altıncısı oldular.

7. Luke Bryan – 23.1 milyon dollar

Luke Bryan internet üzərindən dinlənmə, albom satışlar və canlı konsertlərlə 20 milyondan çox pul qazandı.

8. U2 – 21.8 milyon dollar

Albom satışlarından 500.000 dollardan çox pul qazansalar da U2 də dünya turlarıyla pul qazanan qruplardan biridir. U2 ‘Innocence + Experience Tour’uyla 20 milyon dollar gəlir əldə etdi.

9. Adele – 20.5 milyon dollar

İngliz pop ulduzu nostaljik tərzi ilə albom satışlarında rekordları alt üst etməyə davam edir. Ötən il heş konsert turlarına çıxmadan sadəcə albom satışları ilə siyahıda doqquzunculuğa yüksəlib.

10. Maroon 5 – 19.2 milyon dollar

Həm çıxdığı tur konsertlər həm də internet üzərindən əldə etdikləri gəlirlərlə siyahıda onuncu yerdədir.

Mənbə: “pahoo.az”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir