Search
3eac444b2240d53145e40e338b56a438_XL

Mərkəzi Bank jurnalistlər üçün müsabiqə keçirir

Mərkəzi Bank jurnalistlər arasında “Nağdsız ödənişlərin sürətli inkişaf meyilləri: reallıq və perspektivlər” mövzusunda ən yaxşı məqalə müsabiqəsini elan edir.

Bankdan kreditxəbərə verilən məlumata görə, müsabiqənin keçirilməsinin məqsədi kütləvi informasiya vasitələri (KİV) nümayəndələrinin nağdsız ödənişlərin üstünlüklərinin daha aktiv təbliğ edilməsinə, bu istiqamətdə həyata keçirilən tədbirlərin ictimaiyyətin daha geniş məlumatlandırılmasına cəlb edilməsidir.

Müsabiqəyə 2014-cü ilin may-oktyabr ayları ərzində mərkəzi və regional elektron və çap KİV-də müsabiqənin mövzusuna uyğun nəşr olunmuş yazılar qəbul olunur.

Müsabiqədə I, II və III yerləri tutan jurnalistlərə müvafiq olaraq 500, 300, 150 manat məbləğində pul mükafatları və müvafiq sertifikatlar təqdim olunacaqdır.

Məqalələr 10 noyabr 2014-ci il saat 18:00-dək Mərkəzi Banka şəxsən təqdim edilməli və ya elektron formada press@cbar.az ünvanına göndərilməlidir.

Müsabiqənin elanı haqqında ətraflı məlumat və qaydalar Mərkəzi Bankın rəsmi internet səhifəsində (http://www.cbar.az) yerləşdirilmişdir.

Əlavə məlumat üçün: tel.: (994 12) 493 11 22, daxili 374 və ya 381. Faks: (994 12) 493 55 41. R.Behbudov küç., 32 E-mail: press@cbar.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir